Əbülfəz Məlikov Kəmaləddin Heydərovun övladları ilə şərik olub?

09 avqust, 2022 10:39

Avqustun 8-də "Broker" MMC-nin rəhbəri Əbülfəz Məlikov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılıb.

Səbail Rayon Məhkəməsinin qərarı ilə artıq Ə. Məlikovun barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Məhkəmədən bildiriblər ki, sahibkara qarşı xüsusilə böyük məbləğdə vergi və gömrük ödənişlərindən yayınma, həmçinin vəzifə saxtakarlığı ittihamları irəli sürülüb.

Ə.Məlikovun həmçinin Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin rəisi Bəylər Əyyubovun qızının şəriki olduğu məlum olub.

Belə ki, "HORSE HUSBANDRY" MMC şirkətinin:

sahibləri Eyyubova Sənifə Bəylər qızı (Bəylər Əyyubovun qızı), Məlikov Əbülfəz Ağarəhim oğlu, Məmmədov Adil Məhərrəm oğludur.

Şirkətin direktoru isə Məlikov Əbülfəz Ağarəhim oğludur.

MMC 2011-ci ilin martın 14-ü qeydiyyatdan keçib. Qeydiyyatda olduğu ünvan Bülbül prospekti, ev 30,mənzil 11-də yerləşir.

Sonrakı illərdə şirkətin direktoru Əhsən Hüseynov olub.

Eyni ünvanda “Aqro Kompleks Qəbələ” MMC qeydiyyatdadır

Adından bəlli olur ki, "HORSE HUSBANDRY" şirkəti at yetişdirmə işi ilə məşğuldur. Əbülfəz Məlikov həm də 2002-ci ildə yaradılmış Azərbaycan "Jokey Klubu" MMC-nin direktorudur. Şirkətlərin nə qədər fəal olub- olmadığı bəlli deyil.

Amma "Aqro Kompleks Qəbələ" ölkədə kənd təsərrüfatında əhəmiyyətli paya sahibdir. Çox böyük torpaq sahələrinə sahib olan şirkət həm də hər il dövlətdən əhəmiyyətli subsidiyalar alır. Yaranarkən sahibi və direktoru Əbülfəz Məlikov olub

İndi isə direktor Nağıyev Oktay Rüfət oğludur.  Şirkətin otuz milyon manata yaxın səhm kapitalı var.

"Qəbələ aqrokompleks" məhdud məsuliyyətli cəmiyyəti Fövqəladə Hallar Nazirliyinin rəhbəri Kəmaləddin Heydərovun övladlarının sahibi olduğu “Gilan” holdinqə daxildir.

Əbülfəz Məlikovun oğlu Murad Məlikovun da adına bir sıra şirkətlər var.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR