Arayikin "nümayəndəsi" Laçın və Zabuxdakı erməniləri evləri yandırmağa çağırdı

09 avqust, 2022 14:50

Qarabağdakı Rusiya hərbçilərinin müvəqqəti nəzarətində yerləşən Laçın şəhəri, Zabux və Sus kəndlərində qanunsuz məskunlaşan ermənilər narahat günlər yaşayırlar.

Ermənistan mediası yazır ki, Qarabağdakı separatçı rejimin “ərazi və infrastruktur naziri" Hayk Xanumyan Laçın şəhəri, Zabux və Sus kəndlərində yaşayanlara evləri tərk etmək üçün avqustun 25-dək vaxt verildiyini deyib.

Ermənistan mediasına görə, sözügedən yerlərdə yaşayan ermənilər bildiriblər ki, “Laçın dəhlizi” avqustun 25-də Azərbaycanın nəzarətinə keçəcəyindən həmin yaşayış məntəqələri boşaldılır.

Qarabağdakı separtaçılar Laçın şəhəri, Zabux və Sus kəndlərində təxribatlar törətməyə çalışırlar. 

Belə ki, separatçı-terrorçu tör-töküntünün rəhbəri Arayik Arutunyanın “xüsusi nümayəndəsi” Vahan Badasyan “Hraparak” qəzetinə bildirib ki, Laçın şəhəri, Zabux və Sus kəndlərindəki ermənilər yaşadıqları evləri tərk edərkən onları yandırmalıdırlar.

O, təzminat almaq istəyən ermənilərə “evləri yandırmamaq barədə göstəriş” verildiyini təkzib edib:

"Belə bir şey yoxdur. Məndə olan məlumata görə, Hayk Xanumyan “evləri yandırmayın” sözü işlətməyib. Əksinə, deyib ki, “mənəvi qisas olaraq evlərinizi yandıra bilərsiniz””.

Vahan Badasyan Laçın şəhəri, Zabux və Sus kəndlərindən çıxarılacaq ermənilərin Qarabağın digər bölgələrində yerləşdiriləcəyini istisna etməyib.

Azərbaycan tərəfi "Laçın dəhlizi”nə alternativ çəkilən yeni yolda işləri yekunlaşdırmaq üzrədir. Tikinti işləri bitəndən sonra Rusiya sülhməramlı qüvvələrinin "Laçın dəhlizi”ndən yeni yola keçirilməsi nəzərdə tutulur.

"Laçın dəhlizi"nə alternativ olan 32 kilometrlik yeni yolun inşası Rusiya, Ermənistan və Azərbaycan arasında imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatda öz əksini tapıb. Sənədə görə, Laçından yan keçən və Qarabağın dağlıq hissəsini Ermənistanla birləşdirən yeni yol 3 il ərzində hazır olmalıdır.

Xankəndini Ermənistanla birləşdirəcək Laçın şəhərindən yan keçən yeni yol istifadəyə veriləndən sonra Laçın şəhəri və rayonun hazırda rusların nəzarətində qalmış kəndləri Azərbaycanın nəzarətinə qaytarılacaq.

Söhbət "Laçın dəhlizi" adlandırılan 5 kilometr enindəki zolaqda yerləşən Laçın şəhəri və rayonun 6 kəndi - Qarıkaha, Ağanus, Fətəlipəyə, Kəravuz, Sus, Zabuxdan gedir. Hazırda bu yaşayış məntəqələrinin 3-də - Laçın şəhəri, Zabux və Sus kəndlərində ermənilər qanunsuz məskunlaşıblar.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR