İlham Əliyev və Mehriban Əliyeva İslam Həmrəyliyi Oyunlarının açılışında iştirak edirlər - CANLI YAYIM

10 avqust, 2022 00:22

Avqustun 9-da Türkiyənin Konya şəhərində V İslam Həmrəyliyi Oyunlarının təntənəli açılış mərasimi keçirilir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak edirlər.

***

Türkiyənin Konya şəhərində V İslam Həmrəyliyi Oyunlarının rəsmi açılış mərasimi başlayıb.

Tədbir başlamamışdan əvvəl türk qırıcıları Konya Böyükşəhər Bələdiyyəsi Stadionunun üzərində nümunəvi uçuşlar həyata keçirərək, məharətlərini göstəriblər.

Tədbir isə Livan əsilli isveçli müğənni Maher Zeynin konsert proqramı ilə başlayıb.

Daha sonra Qurani Kərimdən ayələr oxunub.

Stadionda açılış mərasiminə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Azərbaycan Prezidenti İlham Əliyev, eləcə də digər ölkələrin rəhbər şəxslərinin qatıldıqları elan olunub.

Rəqqaslar V İslam Həmrəyliyi Oyunlarının loqosunu canlandıracaqlar. Oyunlar üçün xüsusi olaraq lalə formasında hazırlanmış loqo özündə 21 rəqəmini simvolizə edir. Loqoda, eyni zamanda, ərəb dilində “qardaş” sözünü bildirən “ أ خ” sözü də yer alıb.

Gerisayımın ardından Anadolunun tarixi, gəzməli-görməli yerlərinin görüntüləri rəqqasların müşayiəti ilə nümayiş etdirilib. Fəxri qarovul dəstəsinin müşayiəti ilə Türkiyənin dövlət bayrağı stadiona gətirilib və qardaş ölkənin İstiqlal marşı səsləndirilib. Könüllülər stadiona dəvət olunub və onlar iştirakçı ölkələr üçün dəhliz açıblar. Azərbaycan nümayəndə heyətinin gəlişi stadionda böyük alqışlarla qarşılanıb. Bayraqdar funksiyasını yunan-Roma güləşçisi Rafiq Hüseynov və voleybolçu Ayşən Abduləzimova yerinə yetirib.

Bütün iştirakçı ölkələrin keçidindən sonra sürəkli alqış sədaları ilə Türkiyə nümayəndə heyəti stadiona daxil olub. Türkiyə İslamiadada 461, Azərbaycan isə 281 idmançı ilə təmsil olunur və onlar ən geniş heyətə malik iki ölkədir.

Türkiyənin tanınmış idmançılarından 8-i İslam Həmrəyliyi İdman Federasiyasının (ISSF) bayrağını gətirərək, qaldırıblar. Daha sonra idmançılar və hakimlər adından paralimpiyaçı kamandan oxatan Öznur Cüre ilə velosiped üzrə referi Serkan Karademir ədalətli olacaqlarına and içiblər.

Türkiyənin gənclər və idman naziri, İslamiadanın Təşkilat Komitəsinin sədri Mehmet Muharrem Kasapoğlu çıxış edərək, bütün iştirakçıları salamlayıb. O, Türkiyəyə və İslam dünyasına yaraşan Oyunlar keçirəcəklərini bildirib. Nazir İslamiadanın Həzrəti Mevlananın vətəni Konyada təşkilinin xüsusi önəm kəsb etdiyini vurğulayıb. Kasapoğlu hər il 200-dək beynəlxalq yarışa ev sahibliyi edən Türkiyə üçün V İslam Həmrəyliyi Oyunlarının fərqli anlam daşıdığını dilə gətirib.

Nazir 2 000-dək könüllünün də Oyunlarda iştirak edəcəyini söyləyərək, onlara təşəkkürünü bildirib. ISSF-in baş katibi Hüseyin İbrahim Taha da çıxış edərək, yarış iştirakçılarına uğurlar arzulayıb. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Oyunları açıq elan edib. Stadionda atəşfəşanlıq olub.

Qeyd edək ki, V İslam Həmrəyliyi Oyunlarında 56 ölkədən 4 200 idmançı yarışır. Avqustun 18-dək davam edəcək İslamiadada Azərbaycanın ümumilikdə 281 idmançısı qüvvəsini sınayacaq.

 

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR