İslam Əməkdaşlıq Təşkilatı Ermənistana çağırış etdi
11 avqust, 2022 00:02
İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş Katibliyi avqustun 3-də qanunsuz silahlı dəstələrin Azərbaycan ordusunun mövqelərini intensiv atəşə tutması nəticəsində hərbçi Anar Kazımovun həlak olmasını pisləyən bəyanat yayıb.
Bəyanatda Ermənistana çağırış edilib.
İƏT Ermənistanı 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanat üzrə öhdəliklərini yerinə yetirməyə və qanunsuz silahlı birləşmələri Azərbaycan ərazisindən çıxarmağa çağırıb.
İƏT Baş Katibliyi azərbaycanlı şəhidin ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verib.