İnternetin qiyməti qaldırıldı - "Bu, cinayətdir, nazirlik məhkəməyə verilməlidir"

11 avqust, 2022 13:19

Azərbaycanda internetin qiyməti bahalaşıb.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus "Aztelekom" və "Bakı Telefon Rabitəsi" MMC-lər GPON texnologiyasının tətbiqi istiqamətində telekommunikasiya xidmətlərinin tarifində dəyişiklik edib.

Əvvəl 4 mbit/s internet tarifinin aylıq abunə haqqı 10 manat təşkil edirdisə, dəyişiklikdən sonra 15 mbit/s internet tarifinin aylıq ödənişi 15 manat olub. Digər 10 mbit/s internet tarifinin də aylıq abunə haqqı 12,5 manat təşkil edirdisə, sözügedən tarif dəyişikliyi ilə 30 mbit/s internet paketinin aylıq abunə haqqı 18 manat olub.

Bəs vətəndaşlara xəbərdarlıq edilmədən belə bir addımın atılması nə dərəcədə doğrudur?

Məsələ ilə bağlı millət vəkili Fazil Mustafa Bakupost.az -a açıqlamasında bunun yanlış olduğunu bildirib.

F.Mustafa qeyd edib ki, bu qurumlar fürsət düşən kimi vətəndaşlardan pul qoparmağa çalışır:

“Onların vətəndaşa xidmət anlayışı yoxdur. Heç bir normal xidmət göstərmədən insanların pulunu mənimsəyirlər. Vətəndaş onlar üçün pul qazanmaq mənbəyi olduğuna görə, xəbərdarlıq etməyi də özlərinə çox görürlər. Hələ az qaldırıblar, ürəkləri istəsə, 3-5 dəfə də qiyməti qaldıra bilərlər. Çünki onları vətəndaş düşündürmür. Onların fəaliyyəti şəffaf deyil, vətəndaşın soyulmasına xidmət edir. Bu qurumların fəaliyyətinin məntiqli izahı olmalıdır. Kiminlə müzakirə etdilər? Hansı rəyi aldılar? Əvvəlcədən hansı xəbərdarlıq ediblər? Xəbərdarlıq etmirlər və özlərini borclu da saymırlar. Düşünürlər ki, vətəndaş onlara borcludur. Xidmətin səviyyəsi də keyfiyyətli deyil. Keyfiyyətli olmayan səviyyədə bu qədər artım etmək yaxşı hal deyil. Bu xidmət sahələri illərdir, vətəndaşın cibinin soyulmasına yönəlik fəaliyyət göstərir”.

Millət vəkili hesab edir ki, internetin qiymətinin artırılması soyğunçuluqdan başqa bir şey deyil:

“Keyfiyyət aşağı düşür, amma qiymət artır. Məsələni gündəmə gətirsək də, təsir edəcəyimiz bir mexanizm yoxdur. Hansısa bir nəzarət mexanizmi olmadığı üçün hamı bir cür qiymət artırır. Hərə özünə yaxın adamı bir yerdə oturdub, camaatın pulunu bacardıqca alırlar. Xəbərdarlıq etmədən qiyməti qaldırırlarsa, deməli arxayındırlar ki, heç kim heç nə deməyəcək. Vətəndaş avqustun 1-də hesablayıb ki, 10 manat ödəməlidir. Amma avqustun ortasında məlum olur ki, 5 manat da əlavə ödəməlisən. Harda var belə şey? Bu, cinayətdir, soyğunçuluqdur. Başqa adı yoxdur. “Aztelekom” və yaxud başqa provayder ilə mülki müqavilə bağlanılır. 10 manat ödəyirəm ki, mənə bu ölçüdə internet verəsiniz deyə müqaviəldə qeyd olunur. Bu müqavilə xəbərdarlıq edilmədən pozulub. Ona görə də vətəndaşlar ayrı-ayrılıqda məhkəməyə müraciət etməlidir. Kütləvi şəkildə məhkəməyə müraciət etsələr heç olmasa bu soyğunçuluğun qabağını almaq olar”.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR