"Məktəblərdə Prezidentin portretinin birini 495 manatdan sənədləşdiriblər" - Ekspert

11 avqust, 2022 13:32

"İlham Əliyevin portretindən belə külli miqdarda qazanc əldə etmək yolunu tapan bu məmurlara daha sözüm yoxdur"

Təhsil eksperti Kamran Əsədov təhsil sahəsindəki problemlər haqda sosial şəbəkədəki açıqlamasında bildirib. Ekspert deyib ki, ona məktəblərə verilən və məktəbin idman zalında tamaşaçıların əyləşməsi üçün nəzərdə tutulan iki növ oturacağın fotusunu göndəriblər:

“Səthi və ayaqları adi oduncaqdan düzəldilib boyadılan 5 nəfər şagirdin oturması üçün nəzərdə tutulan belliyi olmayan taxta oturacağın qaimədə göstərilən qiyməti 270 manatdır. Nazik dəmir profildən ayaqları, səthi taxta reykadan olub 3 nəfərin oturması üçün nəzərdə tutulan belliyi olmayan oturacaq da eyni qiymətə məktəblərə verilib. Ölkənin bir çox məktəblərində şagirdlər üçün stol-stul və lövhə kimi adi sinif ləvazimatlarının çatışmadığı, dərsliklərin belə çatışmadığı bir şəraitdə bu avadanlıqları məktəblərə verməyin adı nədir? Bu kustar üsulla sexlərdə hazırlanan oturacaqların qaimədə göstərilən qiymətinə azı 5 beləsini düzəltdirmək olar”.

K.Əsədov deyib ki, digər fakt isə adamı lap dəhşətə gətirir. Onun sözlərinə görə, ölkədəki 44 günlük Vətən Müharibəsinin qələbəsini əks etdirən və məktəblərə verilən 3-4 kvadrat metrlik və çərçivəyə alınmış bannerin də qaimə qiyməti 350 manatdır:

“Bu bannerlərin oxşarı Aprel döyüşlərində və müharibə zamanı ölkə üzrə bütün məktəblərə verilib və guya bizim nazirlik də müharibəyə öz töhfəsini verib. Bunlar hansı vicdanla insanlarımızın qanı tökülən ərəfədə milyonlarla dövlət vəsaitini israf ediblər? Bu bannerin maya-dəyəri faktura və qaimədə göstərilən qiymətdən ən azı 5 dəfə ucuzdur. Görürsünüzmü, hətta kimlərinsə ölümü ilə belə digərləri dirilmək yolunu necə tapır? Digər bir fakt isə adamda təəssüf hissi yaradır. Cənab Prezidentin xaricdə təhsil almağa göndərdiyi və etimad etdiyi bu kadrlar onun portretinin birini 495 manatdan sənədləşdirib məktəblərə göndərilər. Hesab edirlər ki, belə halda heç kim onların korrupsiya əməllərini araşdırmağa cürət etməz. Ölkənin təhsil siyasətini aparmalı olan və onları görəvləndirən prezidentin portretindən belə külli miqdarda qazanc əldə etmək yolunu tutan bu məmurlara daha sözüm yoxdur. Nazirliyin məktəblərə verdiyi mal-material və təchizatlar adətən kustar üsulla və sexlərdə hazırlanır. Burada məqsəd həmin aktivlərin qiymətini və maya-dəyərini hesablamağın maraqlı tərəflərə əlçatmaz edilməsi və onların rahatlıqla maya dəyərindən dəfələrlə baha göstərilə bilməsidir. Bunlardansa heç olmazsa faktiki qiyməti maya-dəyərindən 3 dəfə baha göstərilən 250 manatlıq parta və lövhələrdən məktəblərə verəydilər adama təsir etməzdi. Məktəblərdə bu qaimələri görən məktəb rəhbərləri də alternativ yolu tutub onları təyin edənlər kimi saxtakarlıq, oğruluq, rüşvətxorluq və korrupsiya yolunu tuturlarsa günah kimlərdədir?”.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR