Hüseyb Abdullayev Prezidentə xahişlə müraciət etdi
12 avqust, 2022 13:32
Həbsdə olan sabiq deputat, iş adamı Hüseyn Abdullayev (Quska) prezident İlham Əliyevə onun “əsassız cinayət təqibinin” dayandırılması xahişi ilə müraciət edib.
H.Abdullayev qondarma ittihamlarla həbs edildiyini vurğulayıb.
O, Prezidenti əmin edir ki, onun heç bir siyasi ambisiyası və Azərbaycana qarşı “düşmən qruplarla” əlaqəsi yoxdur”.
“Mənim haqqımda deyilənlərin hamısı açıq-aşkar yalan və böhtandır”, - deyən Abdullayev yazır və dövlət başçısının onun əsassız cinayət təqibinə son qoyacağına əminliyini bildirir.