Sığınacaq uşaqlarını məktəblərə niyə götürmürlər? - Emin Əmrullayevin problemləri daha da dərinləşdirir

16 avqust, 2022 04:04

"Sığınacaqdakı uşaqların təhsil probleminin həlli üçün Təhsil Nazirliyə müraciət etmişəm. Bir neçə həftə sonra dərslər başlayacaq. Amma bizim bir neçə uşağımız var ki, onlar heç vaxt təhsil almayıblar”.

Bu barədə oxu.Az-a açıqlamasında “Azərbaycan Uşaqlar Birliyi”nin sədri Kəmalə Ağazadə məlumat verib.

O bildirib ki, uşaqların bir qisminin sənədləri yoxdur: “Mən onları məktəbdən öncə fərdi təhsilə cəlb etməliyəm. Çünki onlar heç vaxt təhsil almayıblar. Pandemiya dövründə fərdi təhsil tamamilə dayandı. Adi məktəblər də bağlanmışdı. Bu uşaqları məktəbə, bağçaya sənədsiz götürmürlər. Bəs bu uşaq nə etsin? Təhsil dövrü gözləmir, keçir. Uşaqlar təhsildən geri qalsınlar ki, sənədləri düzəlməyib?

Bu problem üçün alternativ yol tapılmalıdır. Axşam məktəbi təşkil edilməli, ya da başqa bir çıxış yolu tapılmalıdır. 15 yaşlı qız niyə məktəbə getməməlidir? Biz sığınacaqda saymağı, hərfləri öyrədirik. Amma bununla bitmir axı. Fərdi təhsilə cəlb olunması gərəkli olan yeddi uşağımız var. Daha bir rəsmi məktub ünvanlamağı düşünürəm. Bu il bizim uşaqlardan universiteti qazanan olmadı. İki qızımız kollecə, iki qızımız isə peşə təhsilinə qəbul olunub”.

K.Ağazadə bağçalarla bağlı vəziyyətin də ürəkaçan olmadığına diqqət çəkib:

“Bu gün reallıq odur ki, sığınacağa gətirilən azyaşlıların sənədləri yoxdur. Sənədsiz uşaqlara sənəd düzəltmək çox çətin prosedurdur. Bu gün bağçaya getməli olan səkkiz uşaq var, onun cəmi üçünün sənədi var. Uşaqların sənədləri düzələnə qədər, qeydiyyata aparılana kimi müvəqqəti bir altsistem formalaşdırılmalıdır. Fərdi təhsili kiçik bir imtiyaz kimi yaratmaq olar.

Cənub bölgəsi də daxil olmaqla bütün regionlarda bu təbliğat artırılmalıdır. Erkən nikahların da sayı azalar. Universitetlərin yataqxanaları yoxdur, universiteti qazanan qızlar əziyyət çəkirlər. Regionlardan birində ailəsi ilə mübarizə apararaq ali təhsil müəssisəsinə qəbul olan qız mənə zəng edib. Deyir ki, olarmı təhsilim bitənə qədər sizin sığınacaqda qalım? Ev tutmağa pulu yoxdur. Biz belə qızlarımıza da yardım edirik”.

“Uşaqlar o qədər psixoloji sarsıntı içərisindədirlər ki, dərsi çox tələb edə bilmirik. Qəyyumluğa verilən uşaqlara arayış yazdırırıq. Mənə deyirlər ki, “bizi yarı yolda qoymayacaqsan?” Mən bu sözün qarşısında məhv oluram. Bu uşaqların hər hərfə, hər rəngə, hər səsə veriləcək cavabları var. Onlar sevgisizlikdən, qayğısızlıqdan əziyyət çəkiblər.

Arayış yazanda “A” hərfini yazıb dayanırlar. Deyirəm, nə oldu? Hərfi unutdun? Deyirlər, “yox, ana sözü də a hərfi ilə başlayır”... Bu uşaqlara qayğı vacibdir. Sığınacaq ötürmə funksiyasını daşımalıdır, hanı fəaliyyət? Sığınacaqlara maliyyə yardımı ayrılması ilə bağlı hesabatlarda dəfələrlə məsələ qaldırılır. Nə üçün ayrılmır bu maliyyə? Bu uşaqlar düşmən uşağı deyil, öz millətimizin uşaqlarıdır”, - deyə K.Ağazadə qeyd edib.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR