Azərbaycanda məmurlar niyə kompromat toplayır?
18 avqust, 2022 09:17
Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının intim videoları böyük rezonans yaradıb. Ard-arda yayılan intim videoları isə cəmiyyətdə gərginliyi bir qədər də artırıb.
Məsələ ilə bağlı ADP sədri Sərdar Cəlaloğlu bu cür halların dövlətçiliyə zidd olduğunu bildirib:
"Məmurların şantaj olunması bilavasitə maraqlı qüvvələr tərəfindən həyata keçirilir. Bu da iqtidar daxilində qeyri-sağlam rəqabətin olduğunu göstərir. Əksinə baxsaq, bu cür yollarla məmurların işdən çıxarılması ənənəsi dövlətçiliyə ziddir.
Birmənalı şəkildə bunun qarşısı alınmalıdır. Əks halda məmurlar bir-birini şantaj etmək üçün kompromat toplamaqla məşğul olacaqlar”.