Xankəndidə ermənilər Laçın dəhlizi ilə bağlı aksiya keçirdi
20 avqust, 2022 21:07
Dünən - 19 avrqust axşam saat 19:00-da Xankəndinin "Dirçəliş" meydanında hazırda Laçın və Zabuxdan keçərək Ermənistanı Qarabağa birləşdirən mövcud yolun saxlanması tələbi ilə etiraz aksiyası keçirilib.
Aksiyanı Azərbaycan Ədliyyə Nazirliyində qeydiyyatdan keçməmiş qanunsuz "Artsax inqilab partiyası”nın sədri Artur Osipyan təşkil edib.
Cəmi 50-100 hayın iştirak etdiyi üzdəniraq aksiyada Azərbaycanın "işğalı dayandırması", "10 noyabr razılaşmasının tələbləri"nin yerinə yetirilməsi və s. kimi sərsəm və həyasız şüarlar səsləndirilib.