FHN-nin ləğv ediləcəyi ilə bağlı iddialar niyə ortaya atılıb?

23 avqust, 2022 10:19

Bir neçə gündür ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) ləğv ediləcəyi ilə bağlı iddialar tirajlanır. Açığı, intim video qalmaqalından sonra FHN-nin ləğv ediləcəyi ilə bağlı iddiaların ortaya atılacağı  gözlənilən idi. Hətta bu hadisə FHN-nin ləğvi hesabına öz səlahiyyətlərini genişləndirmək istəyən müxtəlif qüvvələrin əlinə əsl fürsət vermiş oldu. İddia olunur ki, FHN-nin gələcək taleyi ilə bağlı son qərar verilib və bu qurum Daxili İşlər Nazirliyi ilə Müdafi Nazirliyi arasında bölüşdürüləcək.

FHN-ni niyə parçalamaq olmaz? 

2005-ci ildə yaradılan FHN 17 il ərzində oturuşmuş nəhəng bir struktura çevrilib. Nazirliyin tərkibində 9 regional mərkəz, 4 agentlik, 5 xidmət, 3 böyük idarə, Akademiya, idman klubu, istehsalat birliyi, kombinat, mülki müdafiə qoşunları və aviasiya dəstəsi fəaliyyət göstərir. Bu illər ərzində FHN-nin oturuşmuş bir struktura çevrilməsi üçün dövlət resurslarından ciddi şəkildə istifadə olunub. Etiraf etmək lazımdır ki, FHN ölkədə müasir tələblərə tam şəkildə cavab verən qurumlar içərisində ilk “beşlik”də qərarlaşıb. 

FHN olayından sonra ictimai müzakirələrin təhlili göstərir ki, dərin “seksual qıtlıq”dan əziyyət çəkən Azərbaycan cəmiyyətini polkovnik Zaur Hüseynovun və o “qadın”ların taleyi daha çox maraqlandırır. Cəmiyyətə FHN-nin bundan sonrakı taleyi maraqlı deyil, habuki FHN bu günə qədər öz fəaliyyət istiqaməti üzrə ölkədəki problemlərin həllinə tam şəkildə nail olub. Yəni, FHN-nin ləğvi ictimai tələb deyil kimi gündəmə gətirilməyib və fəaliyyəti də dövlətin strateji maraqlarına tam cavab verir.

2021-ci ildə Türkiyədə meşə yanğınları zamanı Azərbaycan yanğınsöndürənləri ölkəmizin üzünü ağ etdi. Türkiyədə meşə yanğınlarının söndürülməsində Azərbaycan yanğınsöndürənlərinin rolu müstəsnadır, əvəzsizdir. 

FHN-ni fərdi maraqlara qurban verib parçalamaq strateji maraqlarımız tamamilə zidd olardı.

Azərbaycan Qarabağı azad edib, işğaldan azad edilən ərazilərin zəngin meşə ehtiyatları var, qarşıdakı illərdə Qarabağda yüzlərlə kəndlər və qəsəbələr salıncaq. Bu meşələrdəki və kəndlərdəki yanğınları parçalanmış bir qurumun hər hansı başqa bir quruma birləşdirilən qalıqları ilə söndürə bilərikmi? 

FHN-ni niyə parçalamaq istəyirlər? 

Əgər FHN parçalansa, Azərbaycanda növbəti bir rüşvət-korrupsiya korpusu yaranmış olacaq.

Belə ki, FHN-də ən diqqətçəkən aşağıdakı qurumlardır və böyük ehtimalla, Nazirliyin ləğvinə nail olmaq istəyənlər bu qurumları ələ keçirmək niyyətindədirlər:

- Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi
- Yanğından Baş Mühafizə İdarəsi, 
- Xüsusi Riskli Xilasetmə İdarəsi

Ola bilsin ki, məlum intim videosundan sonra FHN-nin ləğvinə nail olmaq istəyənlər bu üç qurumun “potensial”ını nəzərə alaraq belə bir iddiaya düşüblər. 

FHN ləğv edilərsə, Yanğından Baş Mühafizə İdarəsinin yaratdığı imkanlardan istifadə edərək bütün biznesmenləri, iri mülkiyyətçiləri və istehsalat müəssisələrini aylıq “tas”a oturdacaqlar. 

Hər hansı bir qurumun fəaliyyəti qənaətbəxş deyilsə, ciddi dövlət strukturuna çevrilmiş həmin qurumu parçalamaq nə dərəcədə doğru addım olardı? Bir neqativ hala görə, bütövlükdə böyük bir strukturu parçalamaq, ləkələmək heç bir halda doğru deyil. FHN-də təbii fəlakətlər və yanğınlar zamanı həyatını riskə atan yüzlərlə ləyaqətli insan çalışır.

Məlum intim video olayından istifadə edərək bütövlükdə FHN-nin reputasiyasını hədəfə almaq, bu strukturun cəmiyyətə pis örnək olduğu təsəvvürünü yaratmaq və nazirliyin ləğv ediləcəyi ilə bağlı “hakimiyyətdəki eşalon”lara istinad etmək şantajdır və yolverilməzdir! Hər kəs öz işi ilə məşğul olsa, daha yaxşı olar.

Yəni, FHN ləğv ediləcəyi ilə bağlı “əldə etdiyiniz məlumatlar” etibarlı deyil, sadəcə daha böyük güc əldə etmək üçün sərgilədiyiniz səylərin, siyasi iştahın “fövqəladə ifadəsi”dir.

Müəllif: Samir Feyruzov

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR