Paraddakı F-16 texnikləri təyyarədə olub - Qəzaya səbəb nədir?

12 noyabr, 2025 12:24

Dünən Azərbaycandan Türkiyəyə istiqamətlənən, Türkiyəyə məxsus C130 tipli hərbi nəqliyyat təyyarəsi Gürcüstan ərazisində qəzaya uğrayıb.

Qəza nəticəsində təyyarədə olan 20 nəfərin hamısının həyatını itirdiyi bildirilir.

Qəzadan dərhal sonra Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğana başsağlığı verib, daha sonra iki lider arasında telefon danışığı baş tutub.

Azərbaycanın aidiyyəti strukturlarının rəhbərləri də türkiyəli həmkarları ilə təmasdadırlar.

Azərbaycan öz qardaşlıq borcuna sadiq qalaraq baş vermiş qəzaya olduqca həssas yanaşır, bununla bağlı qarşıya çıxan məsələlərin həllinə hərtərəfli dəstək göstərir.

Hazırda sosial mediada və bəzi media vasitələrində qəzanın başvermə səbəbləri ilə bağlı müxtəlif rəylər səsləndirilir. Təəssüf ki, rəsmi rəy olmadan hətta qeyri-real konspiroloji versiyalar irəli sürənlər də var.

Təyyarə Gəncə hava limanına dünən eniş edib və 2 saat ərzində orda gözləmədə olub. Təyyarənin ekipajı hava gəmisinin göyərtəsini və hava limanının ərazisini tərk etməyib.

Təyyarədəki heyət noyabrın 8-də Bakıda keçirilən hərbi paradda iştirak edən Türkiyənin F-16 təyyarələrinə texniki xidmət göstərən şəxslər olub.

Onlar təyyarəyə minməzdən əvvəl hava limanının təhlükəsizlik qaydalarına uyğun, ən xırda detallarına kimi bütün prosedurlardan və yoxlamadan keçiblər. Bu proses hava limanının təhlükəsizlik kameraları tərəfindən də qeydə alınıb.

“Təyyarənin içərisində heç bir partlayıcı maddə və ya qurğu olmayıb, yalnız F-16 təyyarələrinin ehtiyat hissələri olub”, - deyə mənbə sayta bildirib.

Məlumata görə, qəzaya uğramış təyyarə uzun müddətdir istismardadır. Təyyarə sonuncu dəfə 2020-ci ildə əsaslı təmir olunub.

İlkin müşahidələr onu deməyə əsas verir ki, təyyarənin korpusunda hər hansı kənar təsir izi yoxdur. Məlumat üçün qeyd edək ki, Azərbaycana məxsus “Embrayer-190” təyyarəsi ötən il dekabrın 25-də qəzaya uğradıqdan sonra ilk baxış təyyarənin fyuzelyajında kənar təsir nəticəsində əmələ gəlmiş çoxsaylı deşiklərin olduğunu aydın göstərmişdi.

Bu da təyyarənin vurulması versiyasının əsas kimi götürülməsinə səbəb olmuşdu.

“Buna görə də C-130-un korpusunda kənar təsir elementlərinin olmaması onun vurulma ehtimalını istisna edir. Hətta təyyarənin içərisində partlayıcı maddə və ya qurğunun olması və partlaması ehtimalını götürsək belə, qəzaya uğramış təyyarənin korpusunda mütləq şəkildə partlayışın izləri olmalıydı”, - deyə mənbə qeyd edib.

Beləliklə, ilkin araşdırmalar iki versiyanın üzərində fokuslaşmaq üçün əsas yaradır. Birincisi, təyyarə uzun müddətdir istismarda olduğuna görə, onun korpusunda korroziya yarana bilərdi ki, bu da havada yüksək təzyiq altında təyyarənin qəzaya uğraması üçün ciddi əsasdır.

Qeyd edək ki, 1990-cı illərdə ABŞ Silahlı Qüvvələrinə məxsus “Herkules” təyyarəsi məhz bu səbəbdən qəzaya uğramışdı.

İkinci versiya isə ondan ibarətdir ki, yük təyyarələrində daşımalar həyata keçirilən yük müvafiq tələblərə uyğun olaraq möhkəm bərkidilir.

Bu tələbin yerinə yetirilməməsi turbilentlik və ya başqa təsirdən yükün yerindən oynaması və daxildə ciddi fəsadlar yaratmasına gətirib çıxarır ki, bu da qəza üçün tam yetərli səbəbdir.

Bütün bunlar hazırda sosial mediada səslənən bəzi konspiroloji iddiaların əsassız olduğunu göstərir. Əslində, bunun üçün heç əsas da yoxdur, çünki təyyarənin qara qutusu qəzanın törəmə səbəblərinə aydınlıq gətirəcək.

Qeyd edək ki, Gürcüstan hökuməti də bu məsələdə həssaslıq nümayiş etdirir.

22 dekabr

09:40 - Bahalaşma dalğası davam edir - 2026-cı il risk altında09:36 - Paşinyan İlham Əliyevə təşəkkür etdi - "Bu, ən mühüm nailiyyətlərdən biridir"09:32 - ABŞ 30 ölkədəki səfirlərini geri çağırır - SƏBƏBLƏR

19 dekabr

09:54 - Avropa İttifaqı Ukraynaya 90 milyard avro ayırdı 09:52 - Neft məhsullarının Ermənistana daşıyan qatar Qazaxdan yola salındı09:49 - Neft yenə 60 dollardan aşağı düşdü

16 dekabr

14:17 - Rusiya Zəngəzur dəhlizinə nəzarət etmək istəyir - AÇIQLAMA14:14 - Abbas Abbasov axtarışa verildi - "Mehdiyev işi"14:12 - Müharibə əlilləri və şəhid ailələri - Bu rüsumdan azad edilir

15 dekabr

16:19 - THY-nin Bakı nümayəndəliyi işçiləri gecə məcburi işə çıxarıb, ödəniş etməyib16:16 - Ukrayna-ABŞ danışıqlarının ikinci raundu başladı16:12 - İrəvan Brüsselə üz tutdu - Parlament seçkiləri ərəfəsində "xarici müdaxilə" həyəcanı16:11 - Azərbaycanda idxal-ixrac və tranzit də rəqəmsallaşır 16:04 - Prezidentdən amnistiya təşəbbüsü - 20 mindən çox şəxsə şamil olunacaq

12 dekabr

19:55 - "Veysəloğlu" Şirkətlər Qrupu Fəxri Xiyabanda Ümummilli Liderin məzarını zyarət edib - FOTOLAR

09 dekabr

18:52 - AZAL təyyarəsinə dair yeni açıqlama - Faciənin ildönümü 18:45 - "Ukraynada prezident seçkilərinin vaxtı çatıb" - Tramp18:40 - Veysəloğlu Şirkətlər Qrupu "Qarabağın Dirçəlişi: Azərbaycan İntibahının Hekayəsi" kitabının təqdimatında iştirak edib - FOTOLAR

08 dekabr

12:05 - Azərbaycanlı milyarderin işində gizli şahid ortaya çıxdı12:02 - İlham Əliyev iranlı naziri qəbul etdi 12:00 - Rusiya ordusu sürətlə irəliləyir... - "Telegraph"

02 dekabr

13:17 - Zelenski istefa verir? 13:12 - Quru sərhədlərin açılması məsələsi gündəmə gəldi13:10 - Rusiya Pokrovsk və Vovçanska nəzarəti ələ keçirdi

01 dekabr

11:48 - Regionda ən bahalı mobil telefon tarifləri Azərbaycandadır - "Numbeo" 11:46 - Azərbaycanla həmsərhəd ərazidə ŞƏT-in təlimləri başlayır11:43 - Əli Kərimli hansı maddə ilə ittiham edilir?

27 noyabr

14:23 - İlham Əliyev mineral daş yunu zavodunun açılışında...14:20 - "Rusiyanın raket gücü Qərbi Ukrayna üzrə sülhə razı saldı" - "The New York Times" 14:18 - "ABŞ-nin sülh planının əsas məqamları razılaşdırılıb, top Ukrayna tərəfdədir" - Lukaşenko