"Erməni polisinə azərbaycanlıların maneəsiz hərəkətini təmin etmək tapşırılıb" - Deputat Qazinyan

24 avqust, 2022 16:18

“Ermənistanın suveren ərazisindən keçəcək olan “Zəngəzur dəhlizi”nin təmin edilməsi ilə bağlı Türkiyə və Azərbaycan təzyiqləri kritik həddə çatdırıb.

“Aysor” xəbər verir ki, bu sözləri Ermənistan parlamentinin üzvü, müxalif deputat Artur Qazinyan deyib.

O, Paşinyanı zəif siyasət yürütməkdə ittiham edib:

“Ermənistanın de-yure hökuməti özünün “inqilabçı” liderinin dili ilə hər hansı “dəhliz məntiqini” istisna edib və bu “dəhlizin” qarşısını almağa hər cür cəhd edir. Səbəblərin vətənpərvərlik və ya dövlət maraqları ilə heç bir əlaqəsi yoxdur. Burada əsas olan şey nəyin bahasına olursa olsun hakimiyyəti saxlamaq istəyi dayanır. Noyabrın 9-da bəyanatın 9-cu bəndinə əsasən, Ermənistan Azərbaycanla Naxçıvan arasında fasiləsiz və təhlükəsiz rabitəni təmin etməyi öhdəsinə götürüb və bu rabitə Rusiya Federasiyası FTX-nin sərhəd mühafizə qüvvələri tərəfindən izlənilməlidir”.

“O da qeyd olunur ki, tərəflərin razılığı ilə yeni yollar layihələndirilə və tikilə bilər. Həmin bəyanatda Ermənistan ərazisindən “dəhliz”in təmin edilməsindən bəhs edilmir, Azərbaycanın isə Ermənistan və “Artsax” arasında nəqliyyat dəhlizini təmin etmək və zəmanət vermək öhdəliyi var.

Bu məntiq çərçivəsində Ermənistanın de-yure hökuməti Ermənistanın şərq sərhədində sərhəd-keçid məntəqələrinin yerləşdirilməsi barədə qərar qəbul edib, Milli Təhlükəsizlik Xidməti və polis qüvvələrinə azərbaycanlıların müəyyən olunmuş yollar üzrə maneəsiz və fasiləsiz hərəkətini təmin etmək tapşırılıb.

Məncə, bu, Rusiya və İrana Ermənistanın 10 noyabr bəyanatından irəli gələn öhdəlikləri yerinə yetirdiyini göstərmək məqsədi daşıyan siyasi gediş idi və Türkiyə və Azərbaycan hakimiyyətinin “Zəngəzur dəhlizi” açmaq tələbləri həmin bəyanatla ziddiyyət təşkil edir.

Bəs Ermənistanın de-yure hakimiyyətinin cəhdləri uğursuzluğa düçar olsa və onlar dilemma ilə üzləşsə, nə baş verəcək? İqtidar ya Türkiyə-Azərbaycan tələbləri ilə razılaşaraq “dəhliz” üçün Ermənistanın suveren ərazisini təhvil verməli, ya da Rusiya və İranın iştirakı ilə yeni qanlı müharibəyə girməlidir.

Hər ikisi təkcə Ermənistan üçün deyil, bütün region üçün fəlakət təşkil edəcək. Çünki bu müharibə daha genişmiqyaslı və əhatəli olacaq, itkilər və dağıntılar isə 44 günlük müharibədən on dəfə çox olacaq. Ermənistanın bütün ərazisi, o cümlədən İrəvan və Kaskad (İrəvandakı mərkəzi abidə - red.) aktiv hərbi əməliyyatların döyüş meydanına çevriləcək.

İndiki vəziyyətdə Ermənistanın de-yure hökumətinin yeganə rasional və düzgün addımı Baş nazirin istefası və ondan əvvəlki hökumətin bütün şifahi razılaşmalarından imtina edən yeni müvəqqəti hökumətin formalaşdırılması olacaq. Belə olan halda Azərbaycan və Türkiyə Ermənistan hökumətinə yolverilməz təzyiq göstərmək üçün müvəqqəti olaraq beynəlxalq legitimlikdən məhrum olacaqlar”. 

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR