Vətən müharibəsi haqda serial 1 milyon dollara başa gələcək - Mədəniyyət Nazirliyi bacaracaqmı?
25 avqust, 2022 14:32
Mədəniyyət Nazirliyi “Qarabağ Vətən Müharibəsi” şərti adlı 8 bölümlü bədii serialın çəkilməsi ilə bağlı elan etdiyi tenderə yekun vurub.
Bu barədə məlumat dövlət satınalmalarının vahid internet portalına yerləşdirilib.
Tenderin qalibi “Bozdağ Film Yapım Prodüksiyon Reklam İnşaat Turizm Sanayi Ticaret Anonim Şirket”i olub. Qalib şirkətə 1,7 milyon manat (1 milyon ABŞ dolları) ödəniləcək.
Qeyd edək ki, “Bozdağ film” studiyası Türkiyənin “Kuruluş Osman”, “Destan”, “Mehmetçik” və digər bir sıra məşhur seriallarının istehsalçısıdır.