"Nəvəmdən qələbə xəbəri gözləyirəm" - Köçkünlər Qarabağa qayıtmağa ümidlidirlər - REPORTAJ

12 oktyabr, 2020 12:55

“BBC News Rusca” erməni təcavüzünün doğurduğu nəticələrdən bəhs edən geniş reportaj hazırlayıb. Materialda münaqişədən əziyyət çəkən azərbaycanlıların dərdlərindən, narahatlıqlarından və ümidlərindən danışılır.

Azsiyasət.com həmin yazını oxuculara təqdim edir:

Bombardmandan əziyyət çəkən, qadın və uşaqların zirzəmilərə sığındığı Tərtər şəhərindən o qədər də aralı olmayan Qazyan kəndi cəbhə xəttinin lap yaxınlığında yerləşir.

Yerli sakin - Müşfiq kəndin atəşə tutulduğunu söyləyir: "Mən özüm burdayam, bombalardan qorunmağımız üçün sığınacaqlar qazılıb və mən indi onun içindəyəm, - o, bizə telefonla deyir, - arvadımı Bakıya, universitetdə oxuyan oğlumun yanına göndərdim, özümün harasa getmək fikrim yoxdur".

O, kəndin 27 sentyabr səhəri atəşə məruz qaldığını və o vaxtdan bəri hər gün yenidən atəşə tutulduğunu deyir. Rabitə dağıdılıb, qaz, işıq və su da yoxdur.52 yaşlı Müşfiq evləri bombalanan və xəstəxanaya yerləşdirilən qonşularını sadalayır. "Bizim damımız ələk kimidir, qonşunun mal-qarası isə mərmiylə öldürüldü," - Müşfiq deyir.

O, bütün həyatının doğma kəndi ilə bağlı olduğunu söyləyir: "Mən fermerəm, 4 hektar pambığım, 3 hektar taxılım, üstəlik 5 inəyim və 20 arı pətəyim var, hamısı sağ-salamat ikən mən də heç yerə gedən deyiləm". 

Bir qədər sonra o, inəklərin bu yaxınlarda xəstələndiyini deyir və bunun "bioloji silah"la əlaqədar olduğunu güman edir.

Müşfiq birinci Qarabağ müharibəsi vaxtı da burada yaşayıb. Ermənilərlə dinc həyat barədə danışanda Müşfiq duyğulara qapılır, ara vermədən tez-taz danışmağa başlayır: "Bəli, biz onlarla illərdir bir yaşamışıq, çünki burada hamı yaxındır, qonşu idik, bir-birimizə baş çəkirdik, toylara gedirdik, bir yerdə rahatca yaşayardıq. Heç vaxt ermənilərlə düşmənçilik etmədik, onları xaricdən gələn düşmənlər idarə edir, onların işidir. Bəyəm onlar müharibə istəyirdilər? Sadə insanlar müharibə istəmir".

Müharibədən əvvəl ermənilərin işğal etdiyi ərazilərdə yüz minlərlə azərbaycanlı yaşayardı, amma rəsmi rəqəmlərə görə, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin özündə azərbaycanlılar yerli əhalinin 25 faizini təşkil edirdi.

Yeni müharibə onlar üçün gözlənilməz oldu. Və hazırda çoxları 30 il əvvəl tərk etdikləri doğma şəhər və kəndlərinə necə qayıdacağını düşünür. Biz onlardan bir neçə nəfərlə danışdıq və müharibə nə qədər dəhşətli görünsə də, bu, onlarda evlərinə qayıtmaq ümidlərini oyadıb. Düzdür, bəzilərinin evləri çoxdandır ki, artıq yoxdur.

1990-cı illərdə və 2000-ci illərin əvvəllərində yataqxana, turist bazaları, köhnə pioner düşərgələri, uşaq bağçaları və məktəblər məcburi köçkünlərlə dolu idi.

Azərbaycana neft pulları gəldikdən sonra dövlət onların bir çoxu üçün evlər inşa etdi. Yeddi il əvvəl belə yaşayış komplekslərindən biri, Bakının 30 kilometrliyindəki Müşfiqabad qəsəbəsi yaxınlığında tikilib.

Əslən Ağdamın Şelli kəndindən olan dülgər Bəhul Quliyev həmin evlərin birində yaşayır. 26 il əvvəl kənddən çıxarkən o, evinin necə yandığını görüb. Ancaq indi qayıdıb onun yerində yenisini tikməyə hazır olduğunu deyir.

Bəhlul bundan əvvəl, başqaları kimi, 19 il Azərbaycanın müxtəlif bölgələrindəki çadır düşərgələrində və yataqxanalarda yaşayıb: 

"Qaçqın" sözü onu qəzəbləndirir: "Qaçqınlar qaçanlardır, qaçmadıq, vuruşduq, döyüşdük, amma sənin evin təməlinədək dağılanda, evləri yandırıb, sizin arxanızca düşəndə, biz harada qalmalı idik?"

Bəhlul deyir ki, qayıda bilsə, əvvəl qəbiristanlığa baş çəkəcək: "Bu ev mənə lazım deyil, mən orada olmalıyam, evi də özüm tikəcəyəm".

Müşfiqabaddakı tərəvəz mağazası yanında Nərgizə rast gəlirik. Nəvəsi cəbhədə olan Nərgiz əslən Zəngilan rayonundandır.

Öncə deyir ki, evini necə tərk etdiyini yada salmaq istəmir: "Nə deyə bilərəm? Qoca qayınanamı və dörd uşağımı götürüb qaçdım, özümlə heç bir əşya götürmədim".

Araz çayını keçən Nərgiz bir həftə İranda yad adamların evlərində qalıb. O, illərlə müxtəlif şəhərlərdə, yataqxanalarda, 7 nəfərlə bir otaqda qalmalı olduğunu deyir. İndi nəvəsindən qələbə xəbərini gözləyir.

Nərgizin yanındakı Nübar söhbətə qoşulur. O, 1993-cü ilin payızında ailəsiylə qaçarkən əşyalarını yük maşınlarına necə qoyduğunu, Araz çayını maşınla necə keçdiyini və maşınlardan birinin çevrilərək insanların suya qərq olduğunu xatırlayır.Hər iki qadın Google xəritəsinə baxdıqlarını və öz evlərinin artıq yerində olmadığını görsələr də, bunu böyük problem hesab etmirlər. "Bir fürsət olsa, oraya ayaqyalın gedərəm, çadırda yaşayaram," - Nərgiz deyir.

Azərbaycan İranla sərhəd yaxınlığındakı həmin rayonda azad etdiyi kəndlərdən ibarət uzun siyahı açıqlayıb.

Siyahıda doğma kəndinin adını görən hərbi hazırlıq müəllimi Səbuhi Hüseynov özünü artıq məcburi köçkün saymadığını deyir. O, Cəbrayıl rayonunun Çaxırlı kəndində anadan olub. 

Bundan əvvəl kəndin alınması barədə Azərbaycan Müdafiə Nazirliyi video yayıb: "Xəbərlərdə kəndimiz haqqında eşidəndə, nələr yaşadığımı sözlə deyə bilmərəm, dözə bilmədim, ağladım, - o, deyir. - Dost-tanışdan xahiş etdim ki, mənə artıq məcburi köçkün deməyin, sadəcə "Çaxırlı kəndindən Səbuhi" deyin. Bu sanki adıma yapışdırılmış bir ləqəb idi, lakin o, artıq yoxdur".

Səbuhi müharibənin sona çatmasını gözləyir: "Əvvəla, yollar açılan kimi, atamın məzarına gedib onu qucaqlayacağam".

Lakin Müşfiqdən fərqli olaraq Səbuhi ermənilərlə qonşu olmağa hazır deyil: "Açığı, onlarla necə yaşayacağımı təsəvvür edə bilmirəm. Elə müharibədən əvvəl də onlarla üz-üzə gəlmirdik - erməni kəndləri bizdən uzaq idi".

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR