Ərdoğanın müşaviri Sedat Pekerin açıqlamasından sonra istefa verib?
29 avqust, 2022 00:50
Rüşvət aldığı iddia olunan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın müşaviri Serkan Taranoğlunun səhhətində yaranan problemlərə görə istefa verdiyi deyilir.
Serkan Taranoğlunun iş adamlarından rüşvət alması ilə bağlı iddialar hazırda Dubayda yaşadığı və İnterpol xətti ilə axtarışa verildiyi deyilən mafiya lideri Sedat Peker tərəfindən səsləndirilib.