Antiinfilyasiya tədbirləri yetərli deyil - Deputat

29 avqust, 2022 14:54

“Ölkəmizə inflyasiyanın 80%-i xaricdən daxil olur. Ona görə əsas qida məhsulları bahalaşır”.

Bunu açıqlamasında millət vəkili Rüfət Quliyev deyib.

O bildirib ki, nəqliyyat və logistika xərclərinin artması bahalşmaya təsir edən amillərdəndir:

“Pandemiya vaxtı nəqliyyat və logistik şirkətlər 70-75 % müflis oldu. Ona görə də nəqliyyat şirkətlərinin qiymətləri də artıb. Təbii ki, bu da satış qiymətlərinin artımına təsir edir. Azərbaycanda mütəmadi olaraq antiinflyasiya tədbirləri həyata keçirilir. Əlbəttə ki, müəyyən narahatlıqlar var. Bu yaxınlarda müəllimlərin, məktəb direktorlar və müavinlərinin maaşı artdı. Buna indeksasiya deyirlər. İndeksasiya Azərbaycanda bu və ya digər formada ildə bir dəfə olur".

R.Quliyev inflyasiya ilə bağlı mübarizə tədbirlərinə də diqqət çəkib:

"Daxildə istehsal olunan malların sayını, çeşidini artırmaq lazımdır. Eyni zamanda dövlət daha çox kiçik və orta sahibkarlığın inkişafına yer verməlidir. Ümumi daxili məhsulda (ÜDM) kiçik və orta sahibkarlığın yeri Yaponiyada 65%, Almaniyada 65%, Amerikada 60%, Fransa və İtalyada isə 65-70%-ə qədərdir. Dövlətin tutduğu planla 2025-ci ildə Azərbaycanda ümumi daxili məhsulda kiçik və orta sahibkarlığın xüsusi payı 50%-i keçməlidir. Bu rəqəmlər onu göstərir ki, əgər biz bunu vaxtında sürətlə həyata keçirsək, nəticədə qiymətləri cilovlaya bilərik. Qiymətlər cilovlanacaq, inflyasiyanın qabağı müəyyən qədər alınacaq, yerli bazarda yerli malın bolluğu olacaq və əhalinin alıcılıq qabiliyyəti artacaq”.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR