Gədəbəy Rayon İcra Hakimiyyətində icra başçısının qəbulu zamanı baş vermiş hadisə ilə bağlı AÇIQLAMA

29 avqust, 2022 17:55

Xəbər verdiyimiz kimi, Gədəbəy Rayon İcra Hakimiyyətində icra başçısının qəbulu zamanı insident baş verib. 

Azsiyaset.com xəbər verir ki, Gədəbəy rayonunun Slavyanka kənd sakini, 23.05.1980-ci ildə anadan olmuş Hümbətova Tamara Qəməndər qızı 13 iyul 2017-ci il tarixdə qonşu mübahisəsi ilə bağlı cinayət hadisəsi törətdiyinə görə təqsirli bilinərək Gədəbəy Rayon Məhkəməsinin 08.02.2018 tarixli hökmü ilə 1 il müddətinə islah işləri cəzasına, 30.10.2019-cu il tarixdə Gədəbəy Rayon Polis Şöbəsinin inzibati binasında xuliqanlıq etdiyinə görə isə 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. O, 24.02.2022-ci il tarixdə də Gədəbəy RİH-də xuliqanlıq etdiyinə görə də məhkəmənin qərarı ilə 5 gün müddətinə inzibati qaydada həbs edilmişdir.

Əlavə olaraq bildiririk ki, Gədəbəy RİH başçısının əvvəlcədən müəyyən edilmiş vətəndaşların qrafikinə uyğun olaraq 19.08.2022-ci il tarixdə T.Hümbətova  RİH-in inzibati binasında qəbulda iştirak edən vətəndaşlara, RİH-in əməkdaşlarına, həmçinin şəhid ailələri və müharibə iştirakçılarına qarşı təhqiredici hərəkətlər edərək qəbul prosesini pozmuşdur. Bu səbəbdən Gədəbəy Rayon Məhkəməsinin qərarı ilə o, 25 gün müddətinə inzibati qaydada həbs edilmişdir.

T.Hümbətova məhkəmə zalında  da qeyri-etik və kobud hərəkətlər etdiyi üçün məhkəmə tərəfindən barəsində cinayət işi açılması ilə əlaqədar prokurorluğa məktub göndərilmişdir.

Məlumat üçün bildiririk ki, T.Hümbətovanın müraciəti əsasız və böhtan xarakterlidir. O, dəfələrlə  RİH başçısı tərəfindən qəbul edilmiş və müraciəti ilə bağlı ona izahaty verilmişdir. Eyni zamanda qeyd etmək istəyirik ki, T.Hümbətovanın yaxın qohumlarının Vətən müharibəsi iştirakçısı olması həqiqətə uyğun deyildir.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR