Türkiyə səfiri Ukrayna XİN-ə niyə çağırılıb?
30 avqust, 2022 01:21
Türkiyənin Ukraynadakı səfiri Yağmur Ahmet Güldərə bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.
Bu barədə Ukrayna XİN məlumat yayıb.
Səfir Rusiya silahlarının Bosfor boğazından daşınmasına görə XİN-ə çağırılıb.
Qeyd edək ki, Rusiya Suriyadakı S-300 hava hücumundan müdafiə sistemlərini Krıma aparıb. Sistemlərin daşınması üçün “Sparta-II” mülki yük gəmisindən istifadə edilib və gəmi Bosfor boğazından keçib.
Xatırladaq ki, Bosfor boğazından hərbi yüklərin keçməsi qadağan edilib.