"Qiymətlər kəllə-çarxa çıxıb" - YAP funksioneri etiraz etdi
“Azərbaycanda qiymətlər kəllə-çarxa çıxıb! İstər restoranlarda , istərsə istirahət mərkəzlərində, hotellərdə, hostellərdə, istərsə də marketlərdə və bazarlarda”.
Bunu keçmiş icra başçısı Musa Musayev sosial şəbəkədə yazıb.
O, bildirib ki, rayonlardakı qiymətlər Bakıdakı qiymətlərdən də bahadır:
“Çay dəsgahı 70 manat, 5 manatlıq toyuğun tabakası 16 manat, bir pors pendir 15 manat (pendirin kilosu 7 manatdır) və sairə...
Sonra da gileylənirik ki, Azərbaycana turistlər az gəlir. Mütləq qiymətlərə nəzarət qurumu və yaxud bir Agentlik yaradılmalıdır! Azərbaycan vətəndaşının səbətinə uyğun qiymətlər olmalıdır.
Atalarımızın gözəl misalı var: “Ölünü özbaşına buraxmaq olmaz!”, “Məscidin qapısı açıq olanda, itdə də bir abır-həya olmalıdır!”.
Milli məclisin deputatları həyəcan təbilini çalmalıdır!”.