Xankəndi erməniləri Paşinyanın istefasını tələb edir
31 avqust, 2022 11:10
Azərbaycanın Xankəndi şəhərində yaşayan ermənilər etiraz aksiyası keçirib.
Bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Etirazçıları separatçı rejimin rəhbərindən qondarma “maliyyə”, “təhlükəsizlik şurası” və “nazirlər kabineti” rəhbərlərinin istefaya göndərilməsini tələb ediblər.
Bundan əlavə, aksiya iştirakçıları Ermənistanın baş naziri Nikol Paşinyanı istefaya çağırıblar.