Prokurorluq keçmiş pensiyaçını girov götürüb! - Naxçıvanda daha bir dərəbəylik

31 avqust, 2022 15:03

Bir neçə gün öncə azpolitika.info-da yayımlanan “Naxçıvan Prokurorluğu keçmiş penisyaçılardan pul tələb edir” başlıqlı yazıda Naxçıvan Muxtar Respublikasında yaşayan bir qrup pensiyaçının barəsində audit yoxlamaların başlandığı, saxta yolla əldə olunan büdcə vəsaitlərinin geri ödənilməsi üçün onların yerli prokurorluq orqanına dəvət olunduqları xəbərini vermişdik.

Həmin vaxt redaksiyamıza müraciət edən bir qrup Naxçıvan sakini prokurorluq əməkdaşlarının onlardan pul tələb etdiyini, bu məbləğin 10 gün ərzində ödənilməyəcəyi halda isə həbs olunmaqla hədələndiklərini bildirmişdilər.

Sözügedən hadisədən bir neçə gün keçsə də, problem həllini tapmayıb, hətta vəziyyət daha da tragikomik bir hal alıb.

Belə ki, redaksiyamıza növbəti dəfə müraciət edən Naxçıvan sakini Əliyev Cabbar Mehdi oğlu Naxçıvan Prokurorluğuna dəvət olunduqdan sonra binanın yeməkxana bölməsində girov götürüldüyünü bildirib: “Səhhətimdə problem olub, müraciət etmişəm, pensiya təyin olunub. 24 il dövlətin kəsdiyi təqaüdü almışam, xərcləmişəm. Pensiyamı kəsəndən sonra məni çağırıb deyirlər ki, sənədin saxtadır, dövlətdən aldığını geri ödə. Mən niyə ödəməliyəm? Əgər vaxtilə hansısa sənədləri düzgün yazmayıblarsa, bu, həmin sistemdə çalışan məmurların günahıdır, onlardan tələb etsinlər. Bu vəsaiti 10 gün ərzində ödəməyəcəyim halda məni həbs olunmaqla hədələyiblər. Şəxsiyyət vəsiqəmi də əlimdən alıblar. Bu gün isə Naxçıvan Prokurorluğunda məni hədələdikdən sonra binanın yeməkxanasında girov götürüblər. Deyirlər ki, bu pulu ödəməmiş heç yerə gedə bilməzsən”.

Bu məsələ ilə bağlı Naxçıvan Muxtar Respublikası Prokurorluğu İstintaq şöbəsinin rəisi Əsgərov İlqar Bəylər oğluyla, bir neçə zəngdən sonra əlaqə qurmaq cəhdlərimiz baş tutsa da, o, suallarımıza çox kobud və qeyri-etik formada cavab verib: “Bu adamın pensiyası saxta olub. Və 24 min manat pul alıb. Gətirib pulu ödəməlidir”.

Məhkəmənin qərarı olmadan necə pul tələb edirsiniz sualına da müstəntiq eyni kobudluqla cavab verib: “Məhkəmənin qərarı yoxdur, sən get ver məhkəməyə. Mən tələb edirəm! Mənə ağıl öyrətmə!”.

Jurnalistlə prokurorluq əməkdaşına yaraşmayan tərzdə danışan İlqar Əsgərov növbəti sullarımızı dinləmədən dəstəyi asdı və təkrar zənglərimizə cavab vermədi.

Qeyd edək ki, C.Əliyev Qarabağ müharibəsi iştirakçısıdır. O, ümumilikdə 24 il pensiya alıb. Prokurorluq bunun 14 ilinin qanunsuz yolla alındığını iddia edir və C.Əliyevdən 10 min manat pul tələb edir. Müvafiq məhkəmə qərarı isə yoxdur. 

Vətəndaşı prokurorluğun yeməkxanasına salıb, faktiki olaraq girov götürmək isə artıq qanunsuzluğun, özbaşınalığın pikidir.  

Bu mövzuyla bağlı vəkil Turan Abdullazadə azpolitika.info-ya bildirib ki, “Əmək Pensiyaları haqqında” Qanunun 39-cu maddəsinə əsasən, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda isə məhkəmə qaydasında tutulur: “Bu Qanunun 39.1-ci maddəsində göstərilmiş əsaslarla əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ, başqa əsaslara görə tutulan məbləğlər nəzərə alınmadan, hər ay əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az, 20 faizindən artıq ola bilməz. Bütün hallarda qanunvericiliklə müəyyən edilmiş cəmi tutulan məbləğ veriləcək əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin 50 faizindən artıq olmamalıdır. Borc ödənilib qurtarmamış əmək pensiyasının və əmək pensiyasına əlavənin verilməsi qanunvericiliyə əsasən dayandırılarsa, borcun qalan hissəsi könüllü və ya məhkəmə qaydasında qaytarılır. Bu o deməkdir ki, əgər əmək pensiyaçısının razılığı yoxdursa, belə olan halda mübahisəyə məhkəmə qaydasında baxılmalı və müvafiq qərar qəbul edilməlidir. Şəxsdən yalnız öz razılığı ilə artıq ödənilmiş pensiyanı geri almaq olar. Əgər şəxs razılıq vermirsə, Dövlət Sosial Müdafiə Fondu artıq ödənilmiş məbləğin əmək pensiyaçısından tutulması üçün məhkəməyə müraciət etməlidir. Artıq ödənilmiş pulun geri qaytarılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı yoxdursa, həmin vəsaiti geri qaytarmayan əmək pensiyaçısı heç bir məsuliyyət daşımır”.

Vəkil şəxsin prokurorluq tərəfindən girov götürülməsini qanunazidd adlandırıb: “Prokurorluq şəxsi girov götürə bilməz. Prokurorluq yalnız həmin şəxsin cinayət törətməsinə dair şübhə yarandıqda onu tutub saxlaya bilər. Cinayət işinin başlanmasına dair qərar şəxsin tutulduğu andan 24 saat keçənədək qəbul olunmazsa, tutulmuş şəxs dərhal azad olunmalıdır”.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR