Türkiyə "Röyters"i nədə ittiham edir?
01 sentyabr, 2022 02:31
"Röyters Türkiyəyə, xüsusən də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana qarşı sistematik yalan və manipulyasiyalar aparatıdır”.
“Anadolu” agentliyi xəbər verir ki, bunu Türkiyə Prezident Administrasiyasının kommunikasiya şöbəsinin rəhbəri Fahrettin Altun deyib. Altunun sözlərinə görə, agentlik dəfələrlə Türkiyə ilə bağlı yalan xəbərlər dərc edib və Türkiyə Prezidentinin açıqlamalarını təhrif edib.
O qeyd edib ki, Türkiyə "Röyters"in niyyətlərini və "xidmət etdiyi məqsədləri" yaxşı bilir. Administrasiya rəsmisi bildirib ki, son dörd il ərzində agentlik dəfələrlə dezinformasiya kampaniyalarının hədəfinə çevrilib.