Rusiyada sui-qəsdlər dalğası - "Lukoil" sədrinin müəmmalı ölümü

01 sentyabr, 2022 14:20

Moskvada Mərkəzi Klinik Xəstəxananın pəncərələri altında “Lukoil”un Direktorlar Şurasının sədri Ravil Maqanovun cəsədi tapılıb.

Onun ölümü ilə bağlı xəbərlər müxtəlif cür təqdim olunur.

Rusiyada bəzi saytlar onun pəncərədən yıxıldığını, digərləri isə özünü xəstəxananın 6-cı mərtəbəsindən atdığını yazırlar. Məsələn, REN TV bildirib ki, iş adamı Mərkəzi Klinik Xəstəxananın altıncı mərtəbəsinin pəncərəsindən yıxıla bilər. Hələlik Maqanovun ölümünün tam təfərrüatı məlum deyil. Yalnız o qeyd olunur ki, “Lukoil”un Direktorlar Şurasının sədri xəstəxanada müalicə alırmış.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində işləyirlər. Hadisənin səbəbləri və baş vermə şəraiti araşdırılır.

Bununla belə Maqanovun ölümünün müəmmalı olduğu barədə fikirlər geniş yayılıb.

Xüsusən qeyd olunur ki, bu, Rusiyanın enerji sektorundakı iri şirkətlərinin top-menecerlərinin son vaxtlar ən azı beşinci “intiharıdır”. Bu intiharlar barədə bir qədər sonra məlumat verəcəyik.

Hələlik qısaca olaraq, tatar əsilli Ravil Maqanovun bioqrafiyasına nəzər salaq.

O, 1954-cü ildə Tatarıstan Respublikasının Almetyevsk şəhərində anadan olub.

1977-ci ildə neft və qaz yataqlarının işlənməsinin texnologiyası və kompleks mexanikləşdirilməsi üzrə dağ-mədən mühəndisi ixtisası üzrə Qubkin adına Moskva Neft-Kimya və Qaz Sənayesi İnstitutunu bitirib.

1977-82-ci illərdə operator, usta, mühəndis-texnoloji xidmətin böyük mühəndisi, neft yatağının rəisi, quyuların əsaslı təmiri və yeraltı təmir sexinin rəisi vəzifələrində işləyib.

1984-85-ci ilərədə "Yamaşneft" və "Uryevneft"in baş mühəndisi, "Uryevneft" NQÇİ-nin rəisi işləyib.

1988-93-cü illərdə "Langepasneftqaz"da baş mühəndis, baş direktorun müavini, baş direktor vəzifələrində işləyib.

1994-cü ildə “Lukoil” şirkətinin birinci vitse-prezidenti, 2020-ci ildə “Lukoil”un Direktorlar Şurasının sədri təyin edilib. “Şərəf Nişanı” ordeni ilə təltif edilib. Ailəli olan Maqanovun bir oğlu, bir qızı vardı.

Maqanovun tərcümeyi-halından da göründüyü kimi, o, son 28 ildə "Lukoil"də çalışıb. O da maraqlıdır ki, bu ilin mayında elə həmin "Lukoil"in keçmiş top-meneceri, milyarder Aleksandr Subbotinin ölümü ilə bağlı xəbər yayıldı.

Onun Moskvada şaman seansı zamanı öldüyü açıqlandı.

Bu hadisənin də xeyli müəmmalı olduğu indiyə kimi müzakirə olunmaqdadır. Rusiya və Ukrayna KİV-də bu mövzuya həsr olunan məqalələrdə bildirilir ki, Rusiyanın Ukrayna cəbhəsində uğursuzluğundan sonra əvvəlcə hərbi və müdafiə sənayesi sahəsində bir sıra fiqurlar - generallar, yüksək vəzifəli məmurlar ya vəzifədən uzaqlaşdırıldı, ya həbs olundu, ya da onların haqqında "intihar etdi" xəbərləri yayıldı. Daha sonra isə müəmmalı intiharlar dalğasının neft-qaz sektoruna keçdiyi barədə xəbərlər yayılmağa başladı.

İlk ölü tapılan məşhur ism Leonid Şulman idi. O, "Qazprominvest"in nəqliyyat xidmətinin rəhbəri idi. Ardınca "Qazprom"un baş direktorunun müavini Aleksandr Tyulyakovun meyidi tapıldı. Onun da intihar etdiyi bildirildi. Bu il aprelin 17-də isə "Qazprombank"ın keçmiş prezidenti Vladislav Avayevin, həyat yoldaşı və qızının meyiti tapıldı. Bildirdilkər ki, guya o, arvadı və qızını öldürdüksən sonra özünə qəsd edib. Növbəti gün isə İspaniyada Segey Protaseviçin meyiti tapıldı. O, təbii qazın istehsalı üzrə ixtisaslaşan böyük şirkətlərdən brinin - "Novatek"in keşmiş baş mühasibi idi...

Qısa vaxtda təkcə neft-qaz sektorunda 6 mühüm fiqurun "intihar"ı istər-istəməz bu sui-qəsdlər dalğasının xüyli müəmmalı olduğu qənaətini yaradır. Görünür, Rusiyanın başladığı amansız müharibə onun üçün təkcə ön deyil, arxa cəbhədə də ciddi itkilər hesabına başa gəlir(Bakupot.az). 

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR