Zakir Qaralovu kabinetdə kim döymüşdü? - 31 il əvvəlki insidentin təfərrüatları

06 sentyabr, 2022 12:19

Sabiq Baş prokuror Zakir Qaralovun səhhəti ilə bağlı yaranmış ajiotaj davam edir.

Z.Qaralovun kəskin qaraciyər serrozundan əziyyət çəkdiyi, bu səbəbdən də müalicə olunmaq üçün Almaniyaya getmək istədiyi barədə məlumatlar yayılıb. “Tərtər işi”ylə bağlı keçmiş prokurorun ölkədən çıxışına qadağa qoyulduğu deyilsə də, sonradan Baş Prokurorluq bu xəbəri təkzib etdi.

Dünən günün ikinci yarısında yerli KİV-lər ailə üzvlərinə istinadla Z.Qaralovun Türkiyədə olduğunu yazdılar. Onun müalicə olunmaq üçün qardaş ölkəyə üz tutduğu güman edilir.

“Yeni Sabah” Z.Qaralovla bağlı maraqlı məlumatlar əldə edib. Uzun illər onunla çiyin-çiyinə çalışan keçmiş prokurorluq işçilərindən biri bizimlə söhbət zamanı Zakir Qaralovun alkoqollu içkilərə meylli olduğunu təsdiqləyib. Bildirib ki, keçmiş Baş prokuror hələ karyerasının ilk dövründən - ötən əsrin 80-ci illərindən spirtli içkilərin aludəçisi olub. Dəfələrlə inzibati qaydada tənbeh olunmasına baxmayaraq, o, heç vaxt bu vərdişindən əl çəkməyib.

Mənbə deyib ki, bu üzdən Zakir Qaralovla mərhum Baş prokuror Murad Babayev arasında insident baş verib. 1991-ci ilin dekabrında M.Babayev qəbula içkili vəziyyətdə gələn Z.Qaralovu sərt tənbeh edib. Z.Qaralovun reaksiyası sərt və təhqiramiz tonda olduğundan Baş prokuror ona fiziki təzyiq göstərib. 

Qeyd edək ki, bu hadisədən sonra Zakir Qaralov işdən çıxarılaraq sərəncama götürülüb. O, yalnız Murad Babayev vəzifəsini itirəndən sonra işinə bərpa olunmağa müvəffəq olub. Zakir Qaralov - Murad Babayev qarşıdurması ikinci dünyasını dəyişənədək davam edib. Mənbənin dediyinə görə, Z.Qaralov M.Babayevin ona əl qaldırmasını heç vaxt bağışlamayıb. O, 2000-ci ildə Baş prokuror təyin olunarkən ilk işi M.Babayevin prokurorluqdakı adamlarından qisas almaq olub. 2000-ci ilin mayında Zakir Qaralovun əmri ilə Murad Babayevə yaxınlığı ilə tanınan 17 nəfər prokurorluq orqanlarından xaric edilib. 

Amma bununla da Z.Qaralovun ürəyi soyumayıb. 2013-cü ilin yanvarında M.Babayev dünyasını dəyişəndə Z.Qaralov onun dəfn mərasiminə qatılmaqdan imtina edib.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR