Yeni Ailə” MMC vətəndaşın mənzilini kimə satıb? - "Xahiş edirəm məni xilas edin"

06 sentyabr, 2022 19:24

Son vaxtlar Azərbaycanda mənzil tikintisi adı ilə vətəndaşların külli miqdarda vəsaitini mənimsəyən tikinti şirkətlərinin sayı xeyli artıb. Mövcud problemlə bağlı hüquq-mühafizə orqanları lazımi tədbirlər görsə də, şəxsi evlərinə qovuşmaq arzusunda olan vətəndaşların aldadılması adi bir hala çevrilib.

Bu cür tikinti şirkətlərinin yalançı vədlərinə aldanaraq, onların qurbanına çevrilən vətəndaşlardan biri də İsayeva Fəridə Qəhrəman qızıdır. F.İsayeva “Yeni Ailə” MMC tikinti şirkətinin ona məxsus mülkiyyəti sökdüyünü və 4 ilə yaxındır ki, onu mülkiyyətsiz, evsiz-eşiksiz qoyduğunu bildirərək, dövlət orqanlarından kömək istəyir.

Şikayətçi bildirir ki, “Yeni Ailə” MMC –nin qanunsuz əməlləri artıq onu intihar həddinə çatdırıb: “Mənim Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov küçəsində ümumi sahəsi 300 kv.m olan qeyri-yaşayış sahəm var idi. Əsas gəlirimi buradakı obyektlərdən istifadə edərək qazanır, ailəmin təminatını qarşılayırdım. 2017-18-ci illərdə “Yeni Ailə” MMC əraziyə gələrək binaların pilot layihəyə düşdüyünü və sökülməli olduğunu bildirdi. Təqdim olunan şərtlərlə razı olmayan sakinlərin işıq, su və qaz təminatları dayandırıldı, əraziyə giriş-çıxışlarına maneçiliklər törədildi. Mən bu tip qanunsuz hərəkətlərə görə, məcburi şəkildə şirkətin təqdim etdiyi şərtlərlə razılaşmalı oldum. Daha sonra “Yeni Ailə” MMC şirkəti ilə aramızda 25.01.2018-ci il tarixli notarial qaydada müqavilə bağlanıldı.Həmin müqaviləyə əsasən şirkət iki ədəd qeyri-yaşayış sahəsini məndən təhvil aldı. Əvəzində isə həmin müqaviləyə uyğun olaraq tərtib olunmuş akt əsasında Mirəli Qaşqay və Süleyman Rəhimov küçələrinin kəsişməsində yerləşən A-B-C-D və 17, 18, 19-da yerləşən250 kv.m-dən ibarət qeyri-yaşayış sahəsini 24 ay müddətində mənə tam təmirli formada təhvil verilmə öhdəliyi “Yeni Ailə” MMC-nin üzərinə qoyuldu. Həmçinin müqaviləyə əsasən aylıq 2200 manat icarə haqqının mənə ödənilməsi öhdəliyi müəyyən edildi”.

Fəridə İsayeva qeyd edir ki, bu müqavilədən 4 ilə yaxın müddət keçsə də həmin qeyri-yaşayış sahələri ona təhvil verilməyib, aylıq icarə haqqı da ödənilməyib: “Yaxın tarixdə bu faktla bağlı tikinti şirkətinə narazılığımı bildirdikdə mənə artıq həmin sahənin başqa şəxslərə satıldığı və sökülən əmlakımın qarşılığında isə heç bir əmlak verilməyəcəyi deyildi. Ona görə də üzləşdiyim bütün bu qanun pozuntuları ilə əlaqədar dövlət orqanlarına müraciət edirəm. Mən, 66 yaşlı bir Azərbaycan qadını olaraq, bu şirkətin əlində oyuncağa çevrilmişəm. İllər əvvəl məni məcbur edib imzalatdırdıqları müqaviləyə indi özləri əməl etmirlər. Hazırda mən öz mülkiyyətimdən məhrum edilmiş vəziyyətdəyəm.Bu şirkət davamlı olaraq özlərinin Nazirlər Kabinetinin qərarlarınının və İcra Hakimiyyətinin sərəncamlarının icraçısı olduqlarını bildirirlər. Lakin qəbul edilmiş qərar və sərancamlarda sakinlərin mülkiyyət hüquqlarına dair mənafeləri üstün tutmaqla yaşadıqları istismara yararsız binaların sökülərək inşa ediləcək müasir tələblərə cavab verən yeni yaşayış binalarında onlara tam təmirli və sahəsinə uyğun olaraq əvvəlkindən daha geniş yeni mənzillərin verilməsi və mənzillərin təhvil veriləcəyi müddətədək müvəqqəti yaşayış sahəsiilə təmin edilmələri nəzərdə tutulmuşdu. Hətta bu tikinti şirkəti öz məsuliyyətsizliyini də dövlət və dövlət orqanlarının üzərinə yıxmağa çalışır. Tikinti şirkətindən əmlakımı tələb etdikdə mənə açıq-aşkar tikinti işlərinin yubanmasının səbəbkarının dövlət olduğunu, dövlətin təlimatı ilə sakinlərin əmlaklarını vermədiklərini bildirirlər”.

“Xahiş edirəm ki, məni bu tikinti şirkətinin qanunsuz əməllərindən xilas edin. “Yeni Ailə” MMC vətəndaşların ev və obyektlərini sökür, onlarla məcburi müqavilə bağlatdırır və yekunda da tikdikləri əmlakları kənar şəxslərə satırlar. Tikinti şirkətlərinin bu tip qanunsuz əməlləri mütləq formada araşdırılmalı və müvafiq cəza tədbirləri görülməlidir”,-deyə müraciətdə bildirilir(azpolitika.info).

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR