"Tərtər işi"nə Ramiz Rzayev mane olur - Daha böyük həbslər olacaq

07 sentyabr, 2022 12:24

Müdafiə Nazirliyində “Tərtər işi” ilə bağlı yeni həbs dalğası başlayıb.

Həbs olunanlar arasında Nazirliyin Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi Psixoloji Təminat İdarəsinin rəisi vəzifəsini icra edən, general-mayor Bəkir Orucov da var.

General barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib. Bəkir Orucov bundan əvvəl Cəmşid Naxçıvanski adına Hərbi liseyin rəisi olub.

“Tərtər” işi ilə bağlı ötən müddət ərzində işgəncəyə və digər qanunsuz əməllərə məruz qalmış 288 yeni şəxs müəyyən edilərək zərəçəkmiş şəxs qismində tanınıb. Ümumən isə cinayət işiləri üzrə indiyədək 405 zərəçəkmiş şəxs müəyyənləşib. Lakin zərərçəkənlərin daha çox olduğu deyilir.

Barmaqlılaq arasına göndərilənlərdən biri də ədliyyə mayoru, hərbi hüquqşünas Rahib Məmmədovdur. O, həmçinin, Rahib Bəşər imzası ilə yazıçı-şair kimi də tanınır.

Baş Prokurorluqdan verilən digər məlumata görə “Tərtər işi” çərçivəsində haqlarında hökm çıxarılmış 19 şəxsin məhkəmə qərarlarına yenidən baxılmasına qərar verilib.

“Tərtər işi” ilə bağlı həbs dalğasının çoxalması günahkarların tam şəkildə cəzalandırılması anlamına gəlirmi?

Ehtiyatda olan polkovnik, hərbi ekspert Üzeyir Cəfərov bakupost.az -a bildirib ki, “Tərtər işi” ilə bağlı daha böyük həbslər olacaq:

"“Tərtər işi”ilə bağlı aparılan prosesləri qənaətbəxş hesab etmirəm. Həbs olunan Bəkir Orucov “Tərtər işin”də son söz sahiblərindən deyil. Generaldan savayı qərar qəbul edən digər şəxslər də var. Həmin şəxslərin 1 faizi belə hələ məsuliyyətə cəlb olunmayıb. Prokurorluğun apardığı işdən narazıyam. Ona görə ki, “Tərtər işi”ndə zabit Təmkin Nizamioğlunun qətlə yetirilməsilə bağlı bir məqam var. Bu dəfə ekspert onun işgəncələrlə öldüyünü təsdiq edib. Maraqlıdır, zabit həyatını itirdiyi vaxt ekspert rəyini verən şəxs məsuliyyətə cəlb olunubmu? Əminəm ki, o ekspert dindirilməyib, "gözün üstə qaşın var" da deyən olmayıb. Çünki Təmkin işgəncəyə məruz qalıb və 2017-ci ildə onun cənazəsi Ordubad rayonuna göndərilib. Bu misalla izah etmək istəyirəm ki, bu gün Bəkir Orucovun, ədliyyə mayoru Rahib Məmmədovun həbsi məsələnin həlli deyil. Bu şəxslər kimlərinsə göstərişini yerinə yetiriblər. Bu gün də deyirəm ki, Hərbi Prokuror Xanlar Vəliyev müvəqqəti olsa da vəzifədən uzaqlaşdırmalı, müavini general Şəfaət İmranov istintaq dövründə vəzifəsindən azad olunmalıdır”.

Ü.Cəfərov qeyd edib ki, “Tərtər işi”nin tam açılmasına ciddi cəhdlə mane olan qüvvələr mövcuddur:

“Bizdə dəqiq məlumat var ki, Ali Məhkəmədə oturan bəzi şəxslər, başda Ramiz Rzayev olmaqla “Tərtər işi”nin normal getməsinə çox ciddi cəhdlə əngəllər törədir. Fakt faktlığında qalır ki, işgəncələrdə adı dəfələrlə hallanan Bakı Şəhər Prokurorluğunun oğlu, hərbi dəniz qüvvələrində SAT deyilən xüsusi təyinatlıların komandiri olub, lakin bu gün Ali Məhkəmdə Kollegiyanın sədridir. Bu məsələyə mütləq Ölkə Başçısının birbaşa müdaxiləsi lazımdır. 9 aydır istintaq qrupu yaradılıb, amma hiss olunur ki, istintaq qrupuna çox ciddi cəhdlə böyük qüvvələr maneələr törədir. Hər üç-dörd aydan bir 2 nəfər həbs etməklə iş sonlanmayacaq. “Tərtət işin”ə görə qərar çıxaran hakimlər də dərhal vəzifələrindən azad olunmalı, onların hakimliyinə xitam verilməlidir”.

23 noyabr

11:22 - "Putin vacib güzəşt edib": Sülh yaxınlaşırmı? - "The Washington Post"

18 noyabr

16:49 - Özəlləşdirilməsi təklif olunan dövlət müəssisələri açıqlandı16:46 - Paşinyan yeni Konstitusiya layihəsini paylaşdı

01 noyabr

18:31 - Veysəloğlu Şirkətlər Qrupunun tərəfdaşlığı ilə ADA Məktəbində növbəti xeyriyyə məqsədli "Məhsul bayramı" keçirilib - FOTOLAR18:28 - Azərbaycanla sərhəddə raketlər yerləşdirildi18:26 - İran Zəngəzur dəhlizi ilə bağlı iki tələb irəli sürdü18:24 - Rusiya Türk Dövlətləri Təşkilatına qoşulmağı məqsədəuyğun sayır

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR