Putin Ərdoğanla hansı məsələləri müzakirə edəcək?

11 sentyabr, 2022 11:20

Ötən günlərdə iki dəfə Türkiyə prezidenti Ərdoğanla taxıl dəhlizi məsələsini müzakirə edəcəyini deyən Putinin bəzi məsələlərdə dəstək axtardığı təxmin edilir...

Rusiya lideri Vladimir Putinin 15-16 sentyabr tarixlərində Özbəkistanda baş tutacaq Şanxay Əməkdaşlıq Sammitində görüşəcəyi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğandan nə kimi tələbləri olacağı barədə ehtimallar irəli sürülüb.

Türkiyə mediası xəbər verir ki, ötən gün Rusiya Təhlükəsizlik Şurasını Moskvada toplayan və Ukrayna müharibəsinin gedişatı ilə yanaşı, “taxıl dəhlizi” məsələsini də müzakirə edən Putin bir neçə bənddən ibarət gözləntilərini sadalayıb.

“Taxıl dəhlizi” sazişində baş müzakirəçi qismində Türkiyənin səylərini yüksək qiymətləndirən Rusiya lideri 2 milyon ton taxılın Ukraynadan 87 gəmi ilə gəldiyini, lakin bunun yalnız 60 min tonunun həqiqətən ehtiyacı olan Asiya və Afrika ölkələrinə çatdığını bildirib.

"QƏRB QADAĞAN EDİR…"

İyul razılaşmasına daxil olmasına baxmayaraq, Rusiya taxılının bazara çıxışının Qərb ölkələri tərəfindən əngəlləndiyini bildirən Putin deyib:

“Rusiyadan yük alan gəmilərin limanlara yanaşması qadağandır, sığorta şirkətləri taxılı sığortalamır. Beləliklə, Rusiya taxılı bazara daxil ola bilmir. Türkiyə lideri Ərdoğanla bu məsələni ətraflı müzakirə edəcəyik. İlin sonuna qədər Rusiya həqiqətən də aclıqdan əziyyət çəkən ölkələrə 30 milyon ton taxıl çatdırmaq istəyir”.

"…ACLIQ OLACAQ”

“Bu il Rusiyada taxıl məhsuldarlığı çox yaxşıdır. Lakin aqrar sektor öz taxılını dünya bazarlarına çıxara bilməsə, onun növbəti il ​​üçün becərilməsi mümkün olmayacaq. Ona görə də 2023-cü ilin bu günlərində dünya aclıqla üzləşəcək”, - Rusiya lideri bildirib.

Putinin taxılla bağlı sadaladığı bu iki mühüm bənd Rusiya taxılının dünya bazarına çıxarılması üçün Ərdoğandan kömək istəyəcəyi, əks halda Rusiyanın “Taxıl dəhlizi” müqaviləsinə yenidən baxaraq onu dayandırmaq üçün addım ata biləcəyi kimi şərh edilir.

Şanxay sammitində Rusiyanın istehsal etdiyi gübrə məsələsi də gündəmdə olacaq.

“Qərbin bizə tətbiq etdiyi qeyri-qanuni sanksiyalara görə yüz minlərlə ton süni gübrə Avropa limanlarında gözləyir. Biz qarşılığında heç bir pul almadan, həqiqətən ehtiyacı olan ölkələrə təxminən 2 milyon ton gübrə verməyə hazırıq” - Putin deyib(musavat.com).

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR