Azərbaycanda bu qədər generala nə ehtiyac var?

12 sentyabr, 2022 11:55

Son vaxtlar müxtdə nazirlik və komitələrdə aşkar olunan korrupsiya və rüşvətxorluq faktları ilə əlaqədar yüksək rütbəli məmurlar həbs olunur.

 

Bu baxımdan Müdafiə Nazirliyindəki neqativ hallar da diqqət mərkəzindədir. Belə ki, Dövlət Təhlükəsizliyi Xidmətinin araşdırmaları zamanı Müdafiə Nazirliyinin maliyyə strukturlarında külli miqdarda mənimsəmə faktları müəyyən edildi, həbs olunanlar oldu.

Martın 2-də Bakı Hərbi Məhkəməsi Müdafiə Nazirliyinin Maliyyə İdarəsinin rəisi, general-mayor Nizami Məmmədov barədə həbs qətimkan tədbiri seçdi. May ayının sonlarında Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik, həmçinin Təhsil-tədris və Elmi Tədqiqatlar idarəsinin sabiq baş zabiti Zahid Niftəliyev həbs olunub.

Araşdırmalar zamanı məlum olub ki, Zahid Niftəliyev nazirliyin vəzifəli şəxsləri ilə əlbir olaraq həm müddətli hərbi qulluqçuların, həm də zabit-gizir heyətinə daxil olan hərbi qulluqçuların xidməti yerlərinin pul müqabilində dəyişdirilməsini təmin edib. Qadın hərbi qulluqçuların isə qanunsuz yolla xidmətə qəbul edilmələrini təşkil edib. O, həmçinin qanunsuz sahibkarlıqla da məşğul olub. Eyni həbslər Dövlət Gömrük Komitəsində də baş verdi. Görünən odur ki, rüşvətxor və korrupsionerlər bir çox qurumlarda yerləşə biliblər. Onların əksəriyyəti də generallardır.

Məsələ ilə bağlı Böyük Azərbaycan Partiyasının (BAP) sədri, hüquqşünas Elşad Musayev bakupost.az -a bildirib ki, bəzi strukturlarda islahat getmədiyi üçün müxtəlif dövrlərdə həbslər olsa da, yenilik olmur:

Elə bil ki, bu sistem cinayətkar yetişdirir. Sanki "Zaparoje"nin təkərini çıxarıb yerinə "Mercedes"in təkərini qoyuruq ki, sürətli getsin. Azərbaycana yeni dövlət maşını lazımdır. İkincisi, sanki qanun Azərbaycanda ancaq aşağı təbəqə üçün nəzərdə tutulub. Yəni, zəiflər ilişib qalır, güclülər qalxıb keçir. Hüquqi dövlətdə bütün insanlar qanun qarşısında bərabər olmalıdır. Amma bizdə belə deyil”.

E.Musayev dövlət strukturlarında generalların çoxluğu ilə bağlı məsləyə də toxunub:

“On ilə general olmaq mümkün deyil. Azərbaycanda ayrı-ayrı strukturlarda çoxlu sayda generallar var. Nə ehtiyac var bu qədər generallara? Bu adamlar nə iş görüblər ki, general rütbəsinə qalxıblar? Hansı xidmətlərinə görə bunu alıblar? Liviyanın diktatoru Qəddafi belə özünə general titulu vermədi. Xeyli general var ki, heç bir işi-gücü yoxdur. Nəzarət zəifdir və qanundan heç kim qorxmur. Bu gün fundamental islahatlar hüquq-mühafizə orqanlarını, idarəetmə sistemini, hakimiyyət qollarını əhatə etməlidir”.

E.Musayev əlavə edib ki, Azərbaycanda nəzarət sistemi özünü doğrultmur, ona görə vəzifədə olan adamlar heç nədən qorxmur:

“Toyuq oğurlayan 5 il, generallar isə 1-2 il həbsdə qalıb sonra çıxırlar. Bu da insanlarda ümidsizlik yaradır. Azərbaycanda elə şeylər var ki, onunla bağlı daha tez qərar vermək lazımdır. Hakimiyyət kadr yerdəyişməsini ciddi kadr islahatları hesab edir. Hadisələrin gedişi göstərir ki, dünya dəyişir və Azərbaycan da dəyişəcək. Hiss olunur ki, islahatlarla bağlı müəyyən meyllər var. Bu yaxınlarda siyasi partiyalarla bağlı yeni qanun qəbul olunacaq. Ayrı-ayrı sahələrlə bağlı da ciddi addımlar atılması gözlənilir”.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR