"Evimi 36 minə alıb, 51 minə rəsmiləşdirdilər" - Səlim Müslümov işi

12 sentyabr, 2022 22:04

Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun məhkəməsi davam edir.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən iclasda şahidlər dindirilib. Onlar əsasən, Gəncə, Mingəçevir şəhərlərində şəhid ailələri və əlillər üçün ƏƏSMN-ə evlərini satan şəxslər olub. Şahidlər bildirib ki, evlərin satış qiymətini onların satdığı məbləğdən xeyli baha qiymətə rəsmiləşdiriblər.

Məhkəmədə məlum olub ki, şahidlərin əksəriyyəti evlərini ƏƏSMN nümayəndələrinə 30-40 min manat arası məbləğlərə satıblar. Lakin alış qiyməti 15-20 min manat baha göstərilib.

Şahidlərdən biri Taleh Ələkbərovun sözlərinə görə, ondan 36 min manata aldıqları evi sənəddə 51 min manata rəsmiləşdiriblər: “Yerdə qalan 15 min özlərinə çatırdı”.

“Bizə dedilər ki, sənəddə artıq yazılan məbləğləri bankdan çıxardıqdan sonra onlara verməliyik. Biz də pulu nağdlaşdırdıqdan sonra özümüzə aid hissəni götürüb yerdə qalan hissəni onlara verirdik. Həmin pulların satdığımız evlərin təmirinə xərclənəcəyini bildirdilər”, - əksər şahidlər bu məzmunda ifadə verib.

Prosesdə ev alqı-satqısı üzrə vasitəçi şəxslər də dindirilib. Onlar eyni məzmunlu ifadələr veriblər: “Sosialın işçiləri bizə tapşırdılar ki, əlillər üçün evlər tapaq. Biz də şəhərdə evini satan adamları tapdıq. Vasitəçi kimi ev satışında bizə 500 manat qazanc qalırdı”.

“Makler”lərdən biri deyib ki, o, həm də təmir prosesində iştirak edib: “Mən usta, fəhlə komandası təşkil elədim. Bunu da məndən nazirlik işçiləri istəmişdi. Ordan da ümumilikdə 900-1000 manat mənə hörmət elədilər”.

Məhkəmə prosesi sentyabrın 19-da davam edəcək.

Xatırladaq ki, Səlim Müslümov 2021-ci ilin fevralında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılıb. O, DSMF-nin sədri (2002-2013) və ƏƏSM naziri (2013-2018) işlədiyi dövrlərdə rüşvətalma, mənimsəmə və israfetmə əməllərinə görə ittiham olunub. S.Müslümova Cinayət Məcəlləsinin 179.4 (külli miqdarda mənimsəmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü (təkrar külli miqdarda rüşvətalma), 313 (vəzifə saxtakarlığı) maddələri ilə təqsirli bilinir. Sabiq nazir iş üzrə ümumilikdə vurulan 27 milyon manat ziyanın 20 milyon manatını istintaq dövründə ödəyib. Onun 8 milyon manatlıq əmlakı üzərinə həbs qoyulub.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR