Ermənistanın bəzi yaşayış məntəqələrindən əhali təxliyə olunur
13 sentyabr, 2022 11:02
Ermənistanın Azərbaycanla sərhəddə yerləşən bir neçə yaşayış məntəqəsinin sakinləri evlərini tərk etməyə başlayıblar.
Xüsusən də ölkənin cənubunda, Qafan şəhəri yaxınlığındakı erməni kəndlərinin əhalisinin köçürülməsinə başlanılıb.
Həmçinin, Cermuk şəhərində elektrik enerjisinin kəsildiyi, şəhərə girişin məhdudlaşdırıldığı qeyd olunur.