AQC İdarə Heyətinin toplantısı keçirilib - FOTOLAR

13 sentyabr, 2022 22:09

Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) İdarə Heyətinin iclası keçirilib. Cəmiyyətin İctimaiyyətlə əlaqələr departamentindən verilən məlumata görə, toplantıda AQC sədri Vüqar Orucun məruzəsi dinlənilib.

Azsiyaset.com xəbər verir ki,qurumun fəaliyyət istiqamətləri barədə danışan sədr qeyd edib ki, ötən müddət ərzində “Daşınmaz əmlakın növləri üzrə” növbəti sertifikatlaşdırma kursu təşkil olunub. 28 iştirakçı arasından 16-nın müvəfəqiyyət qazandığını deyən V.Oruc əlavə edib ki, bununla bağlı keçirilən təqdimat mərasimində Milli Məclisin nümayəndələri, vətəndaş cəmiyyəti insitutlarının və mətbuat orqanlarının nümayəndələri iştirak edib. Gənc iqtisadçı Mikayıl Mirzəzadəni Türkiyə üzrə xüsusi nümayəndə təyin etdiyini deyən sədr bildirib ki, bununla bağlı xəbər Türkiyənin nüfuzlu media orqanlarında dərc olunub. Eyni zamanda aparıcı dövlət qurumlarının rəhbərləri ilə kollektiv görüşlər keçirdiklərini diqqətə çatdırıb. AQC sədri bu cür təmasların bundan sonra da davam edəcəyini söyləyib. Cəmiyyətin gələcək fəaliyyət istiqamətləri ilə bağlı müzakirələrin aparıldığı toplantıda icraçı direksiyanın yaradılması istiqamətində müzakirələrə başlanılması qərara alınıb. İşçi bölgüsü əsasında İdarə Heyətində və Direktorlar Şurasında təmsil olunan şəxslərə müvafiq tapşırıqlar verilib.

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc tanınmış jurnalist və ictimai fəal Azər Niftiyevi sədrin müşaviri, gənc iqtisadçı Mikayıl Mirzəzadəni isə Türkiyə üzrə xüsusi nümayəndəsi təyin etdiyini bildirib və hər iki təyinat İdarə Heyətinin müzakirəsinə çıxarılıb. İdarə Heyətinin üzvləri hər iki təyinatı yekdilliklə təsdiq edib və öz növbəsində Azər Niftiyevin sədrin müşaviri, Mikayıl Mirzəzadənin isə sədrin Türkiyə üzrə xüsusi nümayəndəsi təyinatları rəsmiləşib. Oktyabr ayının əvvəlində Direktorlar Şurasının genişləndirilmiş iclasının keçirilməsi qərara alınıb.

Yekunda Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinə (AQC) yeni üzv olan dörd şirkətə – “Real Prays”, “Azər Biznes Konsaltinq”, “AECS” MMC və “Praqma Consulting” qiymətləndirmə şirkətlərinə üzvlük şəhadətnəmələri təqdim edilib.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR