"Azərbaycanın önləyici addımları ABŞ-ın etdiklərinin zərrəciyi qədərdir"

14 sentyabr, 2022 10:38

“Beynəlxalq hüquq ərazi bütünlüyünü pozan, insanların təhlükəsizliyini təhlükəyə atan hərəkətlərdə dövlətlərin özünümüdafiə hüququnu tanıyır”.

Bunu hüquqşünas Ələsgər Məmmədli öz feysbuk səhifəsində yazıb.

O qeyd edib ki, özünümüdafiə hüququ sərhədlərdən kənarda olsa da, yaxın təhlükə yaradırsa, dövlət öz insanlarının və ərazisinin təhlükəsizliyi üçün zəruri özünümüdafiə tədbirləri görə bilər: “Yaxın tariximizdə bu hüququ ən geniş şəkildə ABŞ istifadə edib.

11 sentyabrdan sonra ABŞ-ın ərazisinin və əhalisinin təhlükəsizliyini əsas tutub, təhdid hesab etdiyi Əl-Qaidəni zərərsizləşdirmək üçün İraqı və Əfqanıstanı işğal edib.

Müxtəlif mənbələrin məlumatına görə sadəcə İraqda 300 mindən çox insan öldürülüb, yarım milyon insan yaralanıb və QHT-lərin alternativ hesablamalarına görə ölən sivillərin sayı 128 mindən çox olub. İraqda hər cür qadağan olunmuş silahlardan istifadə olunub, kütləvi şəkildə həbs düşərgələrində minlərlə insan işgəncə görüb, öldürülüb.

Əfqanıstanda olan itkilər də bundan geri qalmır.

Bütün bunları edən tərəf olan ABŞ-ın əlində əsas silah ölkəsinin və insanını təhlükəsizliyini təhdid edən 11 sentyabr olayı”.

Ələsgər Məmmədli qeyd edib ki, 11 sentyabr həqiqətən də sivillərə yönələn insanlıq suçu idi: “Eyni ilə Xocalıdakı sivillərə yönələn insanlıq suçu kimi.

11 sentyabrda toplam həyatını itirən 3 min nəfərədək insan olduğu bildirilib. Amma erməni terrorundan hansı şəraitdə öldürüldüyü, harada gömüldüyü məlum olmayan 4 mindən çox itkin Azərbaycanlı mövcuddur. Ölənlərin sayı isə 11 sentyabrdakından dəfələrlə çoxdur”.

O, vurğulayıb ki, 12 sentyabrdakı ölkə ərazisinə və əhalisinə yönəlik yaxın təhdidi 11 sentyabr olayından fərqli görmək mümkün deyil: “Hər ikisində yaxın təhdid var və hər ikisində beynəlxalq hüquq yaxın təhdidi önləyici addımlar atmağı zəruri hesab edir.

Nə var ki, Azərbaycanın önləyici addımları ölkənin miqyasına nisbətdə çox kiçikdir və ABŞ-ın etdiklərinin zərrəciyi qədərdir.

ABŞ Səfirliyinin sübh-tezdən açıqlamasında ciddi narahatlıqlarını gördüyümdən, bu yaxın tarixi hadisələri bir daha xatırlatmaq istədim. Hamımız narahatıq. Biz sülh istəyirik, Sülh silahı yerə qoymaqla, qonşunun ərazisindən silahlı birliklərini çəkməklə, qonşunun legitim ərazisinin çərçivələrini qəbul etməklə mümkündür. Sülh istəyən hər kəs, gərək buna çağırış etsin!”

O vurğulayıb ki, Azərbaycanın BMT tərəfindən tanınmış sərhədləri var: “Ordu o sərhədləri keçməməlidir. Amma sərhəddən o tərəfdə yerləşən hərbi obyektlərdən Azərbaycan ərazisinə hücum varsa, onları məhv etmək müdafiə tədbiridir, işğal deyil.

Problem orasındadır ki, 30 illik konflikt boyu sülh vasitəçiliyi ilə məşğul olan tərəflər hələ konkret insidentlərdə hücum edənin kim, müdafiə olunanın kim olduğunu müəyyən etmək üçün mexanizm qura bilməyiblər”.

Tanınmış jurnalist Xədicə İsmayıl da Azərbaycanın BMT tərəfindən tanınmış sərhədləri olduğunu xatırladıb: “Ordu o sərhədləri keçməməlidir. Amma sərhəddən o tərəfdə yerləşən hərbi obyektlərdən Azərbaycan ərazisinə hücum varsa, onları məhv etmək müdafiə tədbiridir, işğal deyil.

Problem orasındadır ki, 30 illik konflikt boyu sülh vasitəçiliyi ilə məşğul olan tərəflər hələ konkret insidentlərdə hücum edənin kim, müdafiə olunanın kim olduğunu müəyyən etmək üçün mexanizm qura bilməyiblər”.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR