"Ermənistanla danışıqlarımız Azərbaycansız davam etməyəcək" - Çavuşoğlu
14 sentyabr, 2022 18:46
"Ermənistan bu təxribatlara son qoymalıdır. Ermənistanla danışıqlarımız ikitərəfli səviyyədə davam edir, lakin biz onlara bildiririk ki, bu, Azərbaycansız davam etməyəcək”.
Bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Ermənistanla Türkiyə arasında normallaşma prosesini şərh edərkən bildirib.
“Azərbaycanla bağlı son proseslər (Ermənistanın hücumları) təbii ki, bizi narahat etdi” , - deyə o vurğulayıb.