Paşinyanın bəyanatından sonra Ermənistanda aksiya keçirilir
14 sentyabr, 2022 22:14
Ermənistanın Baş naziri Nikol Paşinyanın parlamentdəki çıxışından sonra Ermənistan parlamentinin və hökumət evinin binaları qarşısında etiraz aksiyaları keçirilir.
Azsiyaset.com xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb. Parlamentin yaxınlığında keçirilən aksiya zamanı mitinqçilər Baqramyan prospektini bağlayıb, nəqliyyatın hərəkəti dayandırılıb.
Qeyd edək ki, bu gün Ermənistan hökumətinin başçısı Nikol Paşinyan parlamentdə bəyan edib ki, erməni tərəfi müəyyən sənəd imzalamaq niyyətindədir, ondan sonra çoxları yəqin ki, onu satqın elan edəcək.