KTMT nümayəndələri İrəvana niyə gedib?
16 sentyabr, 2022 00:09
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) nümayəndə heyəti bu gün İrəvana səfər edib.
Bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, nümayəndə heyəti Ermənistanın müdafiə naziri Suren Papikyanla görüşüb.
Qeyd edilib ki, KTMT təmsilçiləri Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətin monitorinqini həyata keçirəcək.