"Ermənistanın 135 hərbçisi ölüb, ancaq bu yekun rəqəm deyil" - Nikol Paşinyan
16 sentyabr, 2022 11:36
Ermənistanın Baş naziri Nikol Paşinyan sərhəddəki gərginlik nəticəsində ölkəsinin 135 hərbçisinin öldüyünü açıqlayıb.
Bunu Baş nazir hökumətin iclasında bildirib.
“Bu günə qədər ölənlərimizin təsdiqlənmiş sayı 135 nəfərdir. Təəssüf ki, bunun yekun rəqəm olmadığını başa düşürük. Çoxlu yaralılarımız var”, - Nikol Paşinyan vurğulayıb.