Rusiya MN Qarabağdakı sülhməramlılar barədə məlumat yaydı
Rusiya sülhməramlı kontingenti Qarabağda üzərinə düşən vəzifələri yerinə yetirməkdə davam edir.
Bu barədə Rusiya Federasiyasının Müdafiə Nazirliyi məlumat yayıb.
“30 müşahidə məntəqəsində vəziyyətin gecə-gündüz monitorinqi və atəşkəs rejiminin saxlanmasına nəzarət Rusiya sülhməramlıları tərəfindən həyata keçirilir.
O cümlədən Rusiya sülhməramlı qoşunlarının məsuliyyət zonasında heç bir qanun pozuntusu qeydə alınmayıb, Ağdərə və Xocavənd rayonlarında patrul xidməti həyata keçirilib.
Rusiya sülhməramlılarının təhlükəsizliyinin təmin edilməsi və baş verə biləcək insidentlərin qarşısının alınması məqsədilə Azərbaycan və Ermənistan silahlı qüvvələrinin baş qərargahları ilə davamlı qarşılıqlı əlaqə saxlanılır”, – deyə nazirliyin məlumatında qeyd olunub.