"Heç kim bizə yardım etmir, çox pis vəziyyətdə yaşayırıq" - Zəngəzurdakı ermənilər

20 sentyabr, 2022 11:42

Ermənistanın “1in TV” internet kanalı Sünik vilayətinin (Zəngəzur) Bayandur kəndində yaşayan ermənilərlə bağlı reportaj hazırlayıb.

Ötən həftə sərhəddə baş vermiş silahlı toqquşmalardan sonra təşvişə düşən ermənilər yerli qurumlar tərəfindən onlara diqqət göstərilmədiyini bildiriblər.

Onlar bölgədə qaz və elektrik təchizatında problemlərin olduğunu, çətin durumla üzləşdiklərini söyləyiblər. Bununla belə erməni sakinlər Zəngəzuru tərk etmək istəmədiklərini vurğulayıblar.

“Sərhəddə yenidən gərginlik yaransa da kəndi əsla tərk etməyəcəyik”, - ermənilərdən biri deyib.

Jurnalistin suallarını cavablandıran sakinlər onsuz da getməyə yerlərinin olmadığını qeyd ediblər. Onlar düşünür ki, İrəvana köçmək mənasızdır.

Bundan əlavə, hökumətin sərhəd bölgələrdə yaşayan vətəndaşlara laqeyd münasibət bəslədiyi, təhlükəsizlik tədbirlərinin lazımınca görülmədiyi diqqətə çatdırılıb.

Bəzi sakinlər silahla təminat və sığınacaqların yaradılmamasından şikayətləniblər. Bununla belə, onlar tezliklə sülhün əldə olunmasını istədiklərini deyiblər.

“Çox pis vəziyyətdə yaşayırıq. Gecəni sığınacaqlarda keçiririk, evlərimizdə qalmağa qorxuruq. Qadın və uşaqların əksəriyyəti kənddən çıxıb. Ermənistan hökuməti sərhəd bölgələrdə yerləşən kəndlərdən bixəbərdir. Bura heç kim yardım göndərmir, gərginlik və ehtiyac içində yaşayırıq”, -deyə ermənilər İrəvan hakimiyyətinə etiraz ediblər.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR