Azərbaycanda dövlət qəzetinin baş redaktoru işdən qovuldu...
21 sentyabr, 2022 11:57
“Xalq qəzeti”nin baş redaktoru Həsən Həsənov tutduğu vəzifədən azad edilib.
Bununla bağlı yayılan məlumatı redaksiyadan təsdiqləyiblər. Bildirilib ki, Həsən Həsənov artıq iki-üç gündür işdən ayrılıb.
Qeyd edək ki, Həsən Həsənov 2002-ci ilin aprelindən "Xalq qəzeti"nin baş redaktoru vəzifəsində çalışırdı.