"Sosial yardım insanları xarab edib, işləmək istəmirlər" - Hicran Hüseynova
21 sentyabr, 2022 16:20
"Sosial yardım insanları xarab edib".
Azsiyaset.com APA-ya istinadla xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında komitə sədri Hicran Hüseynova deyib.
Parlamentin komitə sədri bildirib ki, insanlar işləmək istəmirlər:
"Müraciət edir ki, mənə yardım düzəldin. Mən onlara iş deyirəm, amma insanlar balaca da olsa, o yardımı almağa üstünlük verir. Belə olmaz".