Əvəz Zeynallıya qarşı yeni ittihamın detalları açıqlandı

22 sentyabr, 2022 11:47

"Xural Yayınları” MMC-nin baş direktoru Zeynalov Əvəz Tapdıq oğlu, “Səda TV” MMC-nin direktor müavini olmaqla faktiki olaraq eyni adlı internet kanalının rəhbəri Şükürov Elnur Zakir oğlu və Sadıqov Elçin Əli oğlunun qanunsuz əməlləri ilə bağlı cinayət işinin istintaqı davam etdirilir.

Azsiyaset.com xəbər verir ki, bu barədə Baş Prokurorluğun bu gün yaydığı açıqlamada bildirilib.

Qeyd edilib ki, istintaqla bir sıra media subyektlərinin qabaqcadan əlbir olan bir qrup şəxs halında ayrı-ayrı şəxslərin xeyrinə hərəkət edilməsi məqsədilə rəhbərlik etdikləri internet kanallarının imkanlarından istifadə edərək müxtəlif dövlət orqanlarının vəzifəli şəxslərinin qərarlarına qanunsuz təsir göstərməklə ayrı-ayrı şəxslərə vəd etdikləri qərarların qəbul edilməsinə nail olmalarına əsaslı şübhələr müəyyən edilib.

Belə ki, vəzifəli şəxs olan “Xural Yayınları” Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru Əvəz Zeynalov və vəzifəli şəxs olan “Səda TV” MMC-nin direktor müavini olmaqla faktiki olaraq eyni adlı internet kanalının rəhbəri Elnur Şükürov və sonuncunun tanışı Rəhimov Teymur Sabir oğlu qabaqcadan əlbir olmaqla öz aralarında əldə olunacaq vəsaitin bölüşdürülməsi barədə razılığa gələrək Sumqayıt şəhəri 29-cu məhəllə, 17/18 nömrəli evin birinci mərtəbəsində yerləşən 25 saylı mənzilin arxa tərəfində yerləşən boş torpaq sahəsinin Nəzakət Cəfərovanın xeyrinə özəlləşdirilərək orada mağaza tikilməsi üçün Sumqayıt Şəhər İcra Hakimiyyətindən müvafiq icazənin alınmasının “Xural TV” internet kanalının təsir imkanlarından istifadə edərək təşkili müqabilində 11.070 manat alaraq qeyd olunan mənzilin təyinatının dəyişdirilərək qeyri-yaşayış sahəsinə keçirilməsi, habelə tikiləcək mağazanın layihəsi ilə bağlı müvafiq sənədlərin əldə edilməsinə nail olmasına əsaslı şübhələr müəyyən edilib.

Bununla yanaşı, eyni qaydada qabaqcadan razılaşmaqla Əvəz Zeynalov və Elnur Şükürov sonuncunun tanışı Vəliyev Telman Hüseyn oğlunun Bakı şəhəri Sabunçu rayonu Sabunçu qəsəbəsi Elşən Mehdiyev küçəsində yaşadığı evin qarşısında mağaza tikməyə icazə verilməsi üçün 7000 manat alaraq “Xural TV” internet kanalının təsir imkanlarından istifadə etməklə Sabunçu Rayon İcra Hakimiyyətinin müvafiq vəzifəli şəxsinin qərarına qanunsuz təsir göstərmək məqsədilə telefonla zəng edərək qohumu olduğunu bildirib tikintinin aparılmasına icazə verilməsinə nail olmasına əsaslı şübhələr müəyyən edilib.

Əvvəllər xəbər verildiyi kimi, Suraxanı rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin balansında olan 0.57 ha torpaq sahəsinin və 168 m2 tikilinin özəlləşdirilməsi ilə bağlı zəruri sənədlərin əldə edilməsi üçün 50.000 manat alaraq özəlləşdirməyə etirazın olmaması barədə müvafiq məktubun verilməsinə dair qərarın qəbuluna qanunsuz təsir göstərməsinə əsaslı şübhələr müəyyən edilib.

İstintaqla Elnur Şükürovun qeyd edilən əməli də Əvəz Zeynalovla qabaqcadan əlbir olan bir qrup şəxs halında törətməsinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlara əsasən Zeynalov Əvəz Tapdıq oğlu və Şükürov Elnur Zakir oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərə - nüfuz alveri) maddəsi ilə yenidən ittiham elan edilmiş, Rəhimov Teymur Sabir oğlu Cinayət Məcəlləsinin 312-1.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, istintaqdan yayındığı üçün barəsində axtarış elan edilib.

Təqsirləndirilən şəxslərin digər qanunsuz əməllərinin ifşa edilməsi, habelə bu kimi əməllərdə iştirak etmiş digər media subyektləri və nümayəndələri, habelə başqa şəxslərin müəyyən edilərək cinayət məsuliyyətinə cəlb edilməsinin təmin olunması istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.

İstintaqın gedişatı barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR