Müdafiə Nazirliyi açıqlama yaydı
24 sentyabr, 2022 16:58
“Ermənistan Müdafiə Nazirliyinin Azərbaycan Ordusunun bölmələri tərəfindən guya təxribat törədilməsi barədə yaydığı məlumat tamamilə yalandır və heç bir real əsası yoxdur”.
Bu barədə Müdafiə Nazirliyindən bildirilib.
“Yayılan məlumatı qəti surətdə təkzib edirik. Bildiririk ki, bu, qarşı tərəfin növbəti təxribat xarakterli dezinformasiyasıdır”, - açıqlamada qeyd olunub.