İran küçələri qaynayır - Etirazlar, həbslər...

26 sentyabr, 2022 12:22

İranda sentyabrın 16-da əxlaq polisi tərəfindən saxlanılan 22 yaşlı Məhsa Əmininin ölümündən sonra başlayan etirazlar davam edir.

Bakupost.az xarici mediaya istinadla bildirir ki, indiyədək 80-dən çox yaşayış məntəqəsində davam edən nümayişlərdə minə yaxın adam həbs edilib. Digər tərəfdən, Tehranda hökumətyönlü tərəfdarlar küçələrə axışıb.

Prezident İbrahim Rəisi “İran ölkənin təhlükəsizliyinə və əmin-amanlığına qarşı hərəkət edənlərə qətiyyətlə mübarizə aparmalıdır” deyərək sərt müdaxilə siqnalı verərkən, bir həftədə həyatını itirənlərin sayı 41-ə çatıb.

Beynəlxalq Amnistiya Təşkilatı isə polisin ən azı 20 şəhərdə güllə istifadə etdiyini açıqlayıb.

“Hürriyet”də yer alan xəbərə görə, 80-dən çox yaşayış məntəqəsində keçirilən nümayişlər zamanı minə yaxın adam həbs edilib.

Jurnalistlərin həbsi

Tehran Jurnalistlər Birliyi paytaxtda 10 jurnalistin “casusluq” ittihamı ilə saxlanıldığını açıqlayıb.

İnternet

ABŞ-ın sanksiyadan azad etməsindən sonra Elon Musk peyk internet xidməti Starlink-i İranda istifadəyə verdiklərini açıqladı. Ölkədə “Facebook”, “Twitter”, “TikTok”, “Telegram”, “WhatsApp” və “Instagram” kimi xidmətlər deaktiv edilib. Bununla belə, mütəxəssislərin fikrincə, hazırda İranda bu xidmətdən istifadə etmək üçün peyk qəbulediciləri yoxdur. İşğalın əvvəlində Musk yük maşınları ilə Ukraynaya peyk qəbulediciləri göndərmişdi.

Hökumətyönlü tərəfdarlar da küçələrə axışır

Artan nümayişlərə qarşı minlərlə insan hökuməti dəstəkləmək üçün Tehrana toplaşıb.

Nümayişçilər hökumətyönlü şüarlar səsləndirərək, plakatlar tutaraq İnqilab Meydanına yürüş ediblər(bakupost.az). 

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR