"Azərbaycan regional ticarət və logistika qovşağına çevrilir" - MÜSAHİBƏ

28 sentyabr, 2022 12:51

Gülpəri Bayramova: “Torpaq sərvətin anasıdır. Aqrar sektoru hökumətin dəstəyi olmadan inkişaf etdirmək mümkün deyil”

Son illər qlobal miqyasda baş verən qarşıdurmalar, enerji daşıyıcıları sektorunda qeyri-sabit vəziyyətin hökm sürməsi dünya dövlətlərini neft və qazdan asılılığı azaltmağa, daxili istehsalı gücləndirməyə təhrik edir. Qeyri-neft sektorunun mərkəzində olan sahələrdən biri, bəlkə də elə birincisi aqrar sahədir. Təsadüfi deyil ki, aqrar sektorun mümkün potensialından tam mənada istifadə edilməsi istiqamətində müxtəlif inkişaf konsepsiyaları qəbul edilərək, icraya yönəldilib. Yüksək məhsuldarlığın təmin edilməsi, yerli məhsulların rəqabət qabiliyyətinin artırılması, kənd təsərrüfatının gəlirli sahələrinin inkişaf etdirilməsi, fermerlərə dövlət dəstəyinin daha səmərəli təşkili aqrar sahənin prioritet istiqamətləridir.

“Agro Mix” şirkətinin təsisçisi, aqrar ekspert Gülpəri Bayramova aqrar sektorun mövcud durumu, kənd təsərrüfatı sahəsinin problemləri, bundan çıxış yolları, əldə edilən uğurlar və digər mövzular ətrafında fikirlərini Azsiyaset.com-a bölüşüb.

– Gülpəri xanım, logistikanı aqrar sektorun düşünən beyni, döyünən ürəyi adlandırırlar. Elə hamını düşündürən sual da budur – Azərbaycanda logistika hansı səviyyədə inkişaf edib?

– Tamamilə düzgün vurğulayırsınız ki, loqitsika meyvə və tərəvəzçiliyin inkişafında müstəsna əhəmiyyətə malikdir. Azərbaycanın yerləşdiyi coğrafi şərait, daşınmaların təkcə yük maşınları və hava nəqliyyatı ilə deyil, dəmir yolu nəqliyyatı vasitəsilə də daşınmasını qaçılmaz edir. Quru və dəniz yolları ilə aqrar məhsulların çatdırılması xüsusi önəmə malikdir. Bu həm daxili məhsulların istehlakçılara münasib qiymətlərlə çatdırılması, eləcə də xarici bazarlarda Azərbaycan məhsullarına tələbatın artırılması baxımından vacibdir. Azərbaycan hökuməti idxal olunan kənd təsərrüfatı məhsullarının rahat və əlverişli şəraitdə çatdırılmasını təmin etmək üçün nəqliyyat şirkətlərinə dəstək göstərir. Onların maliyyələşməsi əsas etibarilə dövlət tərəfindən həyata keçirilir. Xərclərin 60 faizini hökumət qarşılayır. Bu çox müsbət məqamdır.

Bu gün Çin-Avropa marşrutundan geniş istifadə olunur. Türkiyə və Qazaxıstanı birləşdirən marşrut xətti, habelə Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ilə bağlı gözləntilər ölkəmizin strateji əhəmiyyətini artıran faktor rolunda çıxış edir. Təbii ki, problemlər də olmamış deyil. Logistika üzrə peşəkar kadların, beynəlxalq ticari münasibətlər sistemində çalışmış, müxtəlif dilləri bilən kadrların az olması mənfi məqamdır. Kənd təsərrüfatı məhsullarının, o cümlədən bitkiçilik və heyvandarlıq məhsullarının istehsalı, əkin sahələrinin genişlənməsi vacib istiqamətlərdir. Mövcud iqtisadi şəraitdə ölkə üzrə qəbul olunan bütün sosial-iqtisadi inkişaf proqramlarında aqrar bölmənin inkişafı əsas prioritetlərdən hesab olunur.

Aqrar bölmənin normativ hüquqi bazasının, elmi-metodik təminatının və kadr hazırlığı sisteminin təkmilləşdirilməsi, xammal istehsalı və emalı sahələrinin əlaqəli inkişafı, rəqabətqabiliyyətli məhsul istehsalının artırılmasının stimullaşdırılması, aqrar bölmənin maddi-texniki bazasının möhkəmləndirilməsi, aqrar sektora xidmət edəcək və bazar prinsipləri əsasında fəaliyyət göstərəcək yeni strukturlara dəstək verilməsi, kənd təsərrüfatında suvarma və meliorasiya təminatının yaxşılaşdırılması, torpaq və su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi bu sahənin inkişafında mühüm əhəmiyyətə malikdir.

– Aqrar sektorundan inkişafından və əhəmiyyətindən bəhs olunur. Bu barədə təkliflərinizi də səsləndirdiniz. Sizcə, bu sahədə keyfiyyət dəyişikliyinə nail olmaq üçün daha hansı addımlar atılmalıdır?

– Maliyyə çatışmazlığı, avadanlıqların istismar müddətinin bitməsi və ya könhə olması, çatdırılması və paylanma səviyyəsi, müasir innovatik yeniliklərin tətbiqi baxımından gecikmələrin olması, İT (informasiya texnologiyaları) bacarıqlarının artırılması loqistik inkişafına mane olan amillərdəndir. Maliyyə bazarlarında baş verən durğunluq, enerji daşıyıcılarının qiymətlərində baş verən dəyişikliklər, investorların dünyəvi iqtisadi böhran şəraitində gözləmə mövqeyinə keçməsi, valyuta məzənnələrində qeyri-sabit vəziyyətin hökm sürməsi aqrar sektora da təsirsiz ötüşməyib. Hansı ki, Bakının liman şəhəri olması, coğrafi baxımdan əlverişli bölgədə yerləşməsi, regional miqyaslı logistika və ticarət qovşağına çevrilməsi, Azərbaycan hökumətinin fermerlərə dəstək göstərməsi bizim qarşımızda geniş imkanlar açır.

Fermerlərə güzəştli kreditlərin ayrılması da bu sırada qeyd oluna bilər. Hesab edirəm ki, yüklərin saxlanılması və çatdırılması üçün zəruri tədbirlər həyata keçirilməlidir. Digər tərəfdən aqrar sahənin qarşısında kənd təsərrüfatı məhsulları istehsalının artırılması ilə yanaşı, istehsalın iqtisadi səmərəliliyinin yüksəldilməsi problemləri də durur. Bu isə kənd təsərrüfatında istifadə olunan resurslardan, torpaqdan, maliyyədən, maddi texniki vasitələrdən daha səmərəli istifadə edilməsini, elmi-texniki tərəqqinin nailiyyətlərinin istehsalda tətbiq olunmasını, istehsal proseslərinin intensivləşdirilməsini, dövlət tənzimlənməsinin səmərəliliyinin artırılmasını və s. tələb edir. İnkişaf etməkdə olan ölkələr üçün kənd təsərrüfatında maliyyələşmənin səmərəliliyinin artırılması önəmli məqamlardan sayılır.

– Azərbaycanın regional əhəmiyyətli logistika və ticarət qovşağına çevrilməsi ölkəmizin qarşısında hansı imkanlar açır? Gözləniləriniz nədir?

– İlk növbədə onu deyim ki, Azərbaycanın İran, Rusiya və Qara Dəniz regionu ilə Rusiyanı Hindistanla birləşdirən Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizinin potensialından faydalanmaq imkanı var. Bu kifayət qədər ciddi məqamdır. İrana tətbiq edilən sanksiyaların aradan qaldırılması, İranın Hindistan və Avropa ilə nəqliyyat əlaqələrinin bərpası ölkəmiz üçün yeni perspektivlər vəd edir. Digər tərəfdən də İranın regional əhəmiyyətini artırır. Əgər biz logistikanı qısaca ərzaq və digər məhsulların istehsalçıdan istehlakçıya qədər axın proseslərinin sistemli surətdə idarə olunması kimi nəzərdən keçirsək, loqistik zəncirin qurulması üçün görülən işlərin mühüm əhəmiyyət kəsb etdiyini aydın görəcəyik. Logistikanın qurulması istiqamətində əldə olunan nailiyyətlər bu gün ölkədə istehsal olunan kənd təsərrüfatı məhsullarını sürətlə həm daxili, həm də xarici bazarlarda alıcılara çatdırmağa imkan yaradır. Üstəlik yeni bazarları fəth etmək imkanı yaradır. Torpağa sərvətin anası kimi yanaşmaq zəruri olsa da, aqrar sektorun dayanıqlı inkişafı üçün kifayət deyildir. Ona görə ki, bir istehsal sahəsi kimi aqrar sektorun dayanıqlı inkişafının təmin olunması əldə edilən hazır məhsulların səmərəli şəkildə reallaşdırılmasından çox asılıdır.

– Etibarlı ərzaq təminatı hər bir ölkənin iqtisadi sabitliyinin və sosial dayanıqlılığının başlıca şərtidir. Bu sahədə həyata keçirilən dövlət siyasətini necə qiymətləndirirsiniz?

– Etiraf etmək lazımdır ki, son illər bu sahənin tərəqqisinə xüsusi diqqət ayrılır. Dövlət kənd təsərrüfatı sahəsinin inkişafı üçün müxtəlif proqram və konsepsiyalar qəbul edir. Fermerlərə subsidiyalar və güzəştli kreditlər ayırır. Aqrar sektorun inkişafı və ərzaq məhsullarının istehsalının artırılması üçün yeni texnologiyaların və müasir  texnikanın cəlb edilməsi həlledici əhəmiyyət kəsb edir. Lakin yeni texnologiyaların cəlb edilməsi, müasir kənd təsərrüfatı texnikalarının alınması böyük vəsaitlər tələb etdiyindən dövlətin dəstəyi olmadan bu sahədə dönüş yaratmaq mümkün olmazdı. Bu mənada Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxil olan qurumların, habelə “Aqrolizinq” ASC-nin fəaliyyətini xüsusi qeyd etmək yerinə düşər. Dövlət büdcəsi hesabına alınan texnikaların və texnoloji avadanlıqların uzun müddətə və güzəştli şərtlərlə sahibkarlara verilməsi onların fəaliyyətinin stimullaşdırılması və sahənin inkişafı baxımından mühümdür. Lakin çatışmazlıqlar da var və onların həllinə xüsusi diqqət ayrılmalıdır. Marriflənmə səviyyəsi yüksəldilməli, peşəkar kadrların yetişdirilməsi, saxlanma şəraitinin yaxşılaşdırılması həm ərzaq təhlükəsizliyinin qorunmasına, həm əhalinin sağlamlığına, həm də keyfiyyətli məhsulların ərsəyə gəlməsi və qiymət artımlarının qarşısını almağa xidmət edir.Qeyd olunan istiqamətlər üzrə fəaliyyətin artırılmasına xüsusi ehtiyac var. Yəni, qarşıda görəcəyimiz işlər hələ çoxdur.

Azər Niftiyev,

Azsiyaset.com

16 fevral

12:33 - Postsovet ölkəsinə xəbərdarlıq olundu - Ukraynanın aqibəti ilə üzləşəcəksiniz12:29 - "Müharibə olsa, İrana köməyə hazırıq..." - Taliban sözçüsü12:27 - "Müharibə bu il bitməyəcək" - Amerikalı general ABŞ-ı ittiham etdi

11 fevral

11:30 - "Rusiya ilə bizi qarşıdurmaya sürükləyə bilməzlər" - Paşinyan11:27 - "Bakı və İrəvan arasında sülh anlaşması pozularsa..." - Pol Qobl11:22 - "Azərbaycan Ermənistan mallarının öz dəmir yolu ilə ixracı imkanını təsdiqləyib" - Paşinyan

09 fevral

15:13 - Peskov Ankoriç ruhunun sirrini açdı - Ukrayna müharibəsində böyük sıçrayışın 28 gizli bəndi15:11 - Şagirdlər "İdrak" liseyini tərk edir15:08 - Dələduzluğa görə həbs edilən dəstə başçısı - Ev dustaqlığına buraxıldı

02 fevral

14:25 - FED-də dəyişiklik bazarları silkələdi - Qızıl və gümüş "çökdü", neft ucuzlaşdı14:23 - "Xalq" qəzetində keçirilən görüşdə Veysəloğlu Şirkətlər Qrupu tərəfindən qocaman jurnalistə dəstək ifadə edilib - FOTOLAR12:37 - Azərbaycanda MTK-ların "qara siyahı"sı yaradıla bilər12:34 - Prezidentdən Azərbaycan gənclərinə müraciət - YENİLƏNİB09:47 - İran ABŞ üçün şərtlərini açıqladı

28 yanvar

14:53 - 60 min boş iş yeri haradadır? - Agentlik sədrinin müəmmalı açıqlaması14:52 - Orduya böyük sərmayə qoymuşuq...14:50 - Ohanyan üzə çıxdı - "Azərbaycan XTQ-ni, Ermənistan isə polisi gücləndirir"14:48 - "Araz" supermarketlər şəbəkəsi 15 illiyini qeyd edir

26 yanvar

14:38 - ABŞ-da qətl: təhlükəsizlik qüvvələri vətəndaşı güllələdi - Bəs demokratiya nağılı?14:34 - "Təcavüzə ağır cavab veriləcək" - Bəqai14:31 - Çinin ikinci şəxsi ABŞ casusu olub? - QALMAQAL

21 yanvar

10:27 - "Biz üç ildən artıq dövrdə Avropaya qaz ixracını 13 milyard kubmetrə çatdırmışıq" - İlham Əliyev10:22 - Azərbaycan Trampın dəvətini qəbul edib, Sülh Şurasına qoşulub10:17 - Qızılın qiyməti yenə rekord qırdı - Bu il qızılın qiyməti nə qədər olacaq?

16 yanvar

10:41 - Azərbaycandakı sayt və sosial şəbəkələrdə əxlaqsız paylaşımlar qadağan edildi - DETALLAR10:37 - Qəddafinin qızı İran xalqına müraciət edib - "İmperialistlərin aldatıcı sözlərinə və şüarlarına inanmayın"10:36 - Avropa Komissiyası 8 ölkə üçün silah kreditini təsdiqlədi

07 yanvar

16:40 - Erməni təcavüzü nəticəsində nə qədər vətəndaşımız itkin düşüb? - Dövlət Komissiyası16:34 - Ucuz məhsul keyfiyyətsizdirmi? - Ekspertlərdən açıqlama16:32 - "Cənab səfir, bizə cavab verin!"