Ermənistan - Azərbaycan sərhədinə ATƏT missiyasının göndərilməsi ilə bağlı müzakirə aparılıb
02 oktyabr, 2022 01:49
ATƏT-ə sədrlik edən Polşa Xarici İşlər Nazirliyinin rəhbəri Zbiqnev Rau Fransanın xarici işlər naziri Ketrin Kolonna ilə təşkilatın missiyasının Ermənistan-Azərbaycan sərhədindəki münaqişə zonasına göndərilməsi imkanlarını müzakirə edib.
Bu barədə şənbə günü Polşa Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Nazir Zbiqnev Rau bu gün Fransanın xarici işlər naziri ilə telefon danışığı aparıb. Ermənistan və Azərbaycan sərhədində son hadisələr və bu regiona ATƏT-in missiyasının göndərilməsinin potensial imkanları müzakirə edilib”, - Polşa Xarici İşlər Nazirliyindən bildirilib.