"Zəngəzur dəhlizi açılsın, sonra Vasif Talıbovun məsələsinə baxarıq" - Hüquq müdafiəçisi

02 oktyabr, 2022 19:54

“Vasif Talıbov mənim xoşum gələn adam deyil. Çünki o, məni 2003-cü ildə seçkiqabağı Naxçıvanda döydürüb. Hava limanında məni ölənə qədər döyüblər, yerə yıxıb təpikləyibər. Tək məni yox, Səadət Bənanyarlını, Sədaqət Paşayevanı da. Amma neçə illərdir Naxçıvana fikir verirəm. İndi Naxçıvana gedəndə oranın gözəlliyinə tək mən yox, hamı valeh olur. Başa düşürəm, çox haqsızlıqlar olub… Amma Naxçıvanı bu cür yalnız Vasif Talıbov saxlaya bilər. Niyə? Çünki bir tərəfdən İran, digər tərəfdən Ermənistandır. Orda, doğrudan da, Vasif Talıbov kimi diktator olmasa, millət özbaşına qalsa, Naxçıvana bir tərəfdən İran, o biri tərəfdən Ermənistan girəcək. Düzdür, bilirəm ki, bütün naxçıvanlılar məni söyəcəklər, çünki onu sevmirlər. Amma Naxçıvan kimi yerə məhz Vasif Talıbov lazımdır...”

Azsiyaset.com xəbər verir ki, bu sözləri pravda.az-a açıqlamasında hüquq müdafiəçisi Novella Cəfəroğlu deyib.

O vurğulayıb ki, Talıbov sərt qanunları, sərt yanaşması ilə Naxçıvanı indiyə qədər ermənilərdən, iranlılardan qoruyub-saxlayıb:

“Küçələri tərtəmiz. Baxın, görün, o qədər bağlar salıb, ərik, albalı və s. Camaata deyir “hamısını yığın, aparın evinizə”. Əcnəbilər bir-iki dəfə mənimlə birgə Naxçıvana getmişdilər. Valeh olmuşdular. Gəncədə, Qazaxda və digər şəhərlərdə oluram. Amma bu gün Naxçıvanın gözəlliyi, təmzliyi, doğrudan da, heç yerdə yoxdur. Talıbov Naxçıvanı o qədər gözəl saxlayıb. Talıbovdan yaxşısını tapa bilərlərsə, hə. Naxçıvanda elə insan olmalıdır ki, ermənilərlə İran ora girə bilməsin. Talıbovu sevsəm də, sevməsəm də, hazırda vəzifəsindən kənarlaşdırılmasını düzgün hesab etmirəm. Bəlkə, 5 ildən sonra. Amma indi yox”.

N.Cəfəroğlu deyib ki, hazırda Zəngəzur dəhlizinin açılmasını gözləmək ən doğru addım olar:

“Gözləyək, Zəngəzur dəhlizi açılsın, ondan sonra Talıbov haqqında danışa bilərik. Baxmayaraq ki, Naxçıvanın yarısı Azərbaycandadır. Bilirəm, yol açılsa, Naxçıvanda həm iş yeri olacaq, iqtisadiyyatı yüksələcək. Ona görə də Zəngəzur dəhlizinin açılmasını gözləmək lazımdır. Açılsa, Naxçıvan da düzələcək, Allahın izni ilə orada da hər şey olacaq. Bütün naxçıvanlılar da oturub evlərində yaşayıb, işləyəcəklər. Yəni məsələ Vasif Talıbov deyil, məhz Zəngəzur məsələsidir”.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR