Azərbaycanlı deputatın oğlu Türkiyədə oğurlandı - 10 milyon dollar...
03 oktyabr, 2022 12:36
Türkiyədə azərbaycanlı deputatın oğlu oğurlanıb. Deputatdan oğlunun sərbəst buraxılması üçün 10 milyon dollar tələb olunub.
Azsiyaset.com musavat.com-a istinadla bildirir ki, danışıqların nəticəsi olaraq oliqarx-deputat (keçmiş yüksək vəzifəli məmur) oğlunun sərbəst buraxılması qarşılığında 5 milyon dollarından keçməli olub.
Xəbərə görə, deputatın oğlunu oğurlayanlar separatçı kürd qruplaşmanın üzvləri olublar.
Qeyd edək ki, oliqarx-deputatın oğlu 5 milyon dollar ödənildikdən sonra sərbəst buraxılıb. Onun hazırda Bakıda olduğu bildirilir.