Azərbaycan səfirliyinə qarşı vandalizm aktı, Fransa səfirinə nota təqdim edildi

04 oktyabr, 2022 11:09

Oktyabrın 3-də Fransanın Bakıdakı səfiri Zakari Qross Azərbaycan Xarici İşlər Nazirliyinə dəvət edilib və ona Parisdəki Azərbaycan səfirliyinə qarşı vandalizm aktı ilə bağlı etiraz notası təqdim edilib.

Xarici İşlər Nazirliyi bildirir ki, oktyabrın 1-də bir qrup radikal erməni Parisdəki səfirliyin binasına boya töküblər.

Səfirə bildirilib ki, Fransada Azərbaycanın bu ölkədəki diplomatik nümayəndəliklərinə hücumlar davam edir.

Oktyabrın 1-də baş verən insident Azərbaycan tərəfinin dəfələrlə tələb etməsinə baxmayaraq, Fransa hökumətinin lazımi tədbirlər görməməsi səbəbindən baş verib.

Fransa hakimiyyətindən Azərbaycanın bu ölkədəki diplomatik nümayəndəliklərinin mühafizəsini təşkil etmək, törədilmiş zorakılıq aktlarını araşdırmaq, günahkarları məsuliyyətə cəlb etmək, dəymiş ziyanı aradan qaldırmaq və təzminat ödəmək tələb olunur.

Fransa səfiri bu hadisədən təəssüfləndiyini bildirib və notanı ölkəsinin səlahiyyətli orqanlarına çatdıracağını qeyd edib.

Xatırladaq ki, bir neçə gün əvvəl bir qrup erməni də Azərbaycan səfirliyinə hücum edərək qapıları sındırmağa cəhd etmişdi.

07 yanvar

16:40 - Erməni təcavüzü nəticəsində nə qədər vətəndaşımız itkin düşüb? - Dövlət Komissiyası16:34 - Ucuz məhsul keyfiyyətsizdirmi? - Ekspertlərdən açıqlama16:32 - "Cənab səfir, bizə cavab verin!"

05 yanvar

13:18 - ABŞ Venesuelada nə qədər insanı qətlə yetirib? 13:16 - Bu, ABŞ-Azərbaycan əməkdaşlığının əsas sütunlarındandır12:55 - Maduronun həbsi neft qiymətlərinə necə təsir edəcək?

02 yanvar

13:44 - "Təkcə Ermənistan hökuməti ilə deyil, həm də xalqı ilə sülh bağlayırıq" - Prezidentin köməkçisi13:41 - Qazaxıstan Rusiyadan yan keçən marşrutla bağlı sənəd imzalamaq istəyir - Layihəyə Azərbaycan da daxildir13:39 - "Ukrayna üzərində Çin dronları uçur, çünki..." - Dmitri Jmaylo

29 dekabr

14:21 - Zelenski Trampdan 50 illik zəmanət istəyir14:18 - Prezident ailəsi ilə "Ağ Şəhər"də olub - FOTOLAR14:15 - Zalujnı Kiyevə qayıdır...

22 dekabr

09:40 - Bahalaşma dalğası davam edir - 2026-cı il risk altında09:36 - Paşinyan İlham Əliyevə təşəkkür etdi - "Bu, ən mühüm nailiyyətlərdən biridir"09:32 - ABŞ 30 ölkədəki səfirlərini geri çağırır - SƏBƏBLƏR

19 dekabr

09:54 - Avropa İttifaqı Ukraynaya 90 milyard avro ayırdı 09:52 - Neft məhsullarının Ermənistana daşıyan qatar Qazaxdan yola salındı09:49 - Neft yenə 60 dollardan aşağı düşdü

16 dekabr

14:17 - Rusiya Zəngəzur dəhlizinə nəzarət etmək istəyir - AÇIQLAMA14:14 - Abbas Abbasov axtarışa verildi - "Mehdiyev işi"14:12 - Müharibə əlilləri və şəhid ailələri - Bu rüsumdan azad edilir

15 dekabr

16:19 - THY-nin Bakı nümayəndəliyi işçiləri gecə məcburi işə çıxarıb, ödəniş etməyib16:16 - Ukrayna-ABŞ danışıqlarının ikinci raundu başladı16:12 - İrəvan Brüsselə üz tutdu - Parlament seçkiləri ərəfəsində "xarici müdaxilə" həyəcanı16:11 - Azərbaycanda idxal-ixrac və tranzit də rəqəmsallaşır 16:04 - Prezidentdən amnistiya təşəbbüsü - 20 mindən çox şəxsə şamil olunacaq

12 dekabr

19:55 - "Veysəloğlu" Şirkətlər Qrupu Fəxri Xiyabanda Ümummilli Liderin məzarını zyarət edib - FOTOLAR

09 dekabr

18:52 - AZAL təyyarəsinə dair yeni açıqlama - Faciənin ildönümü 18:45 - "Ukraynada prezident seçkilərinin vaxtı çatıb" - Tramp18:40 - Veysəloğlu Şirkətlər Qrupu "Qarabağın Dirçəlişi: Azərbaycan İntibahının Hekayəsi" kitabının təqdimatında iştirak edib - FOTOLAR