Lotereyada qalib olan şəxsin sevincdən ürəyi getdi: "Güclə ayıltmışıq" - VİDEO

05 oktyabr, 2022 09:35

“Azərlotereya” ASC-nin ani lotereyalarında hər gün minlərlə alıcı uduş sevinci yaşayır. Kimi aldığı bir biletlə böyük uduşa sahib olur, kimi qazandığı mükafatla arzularını reallaşdırır. Bu hekayədə əsas qəhrəmanlardan biri də onların müxtəlif sevinc hallarına tez-tez şahid olan satıcılardır.

Azsiyaset.com xəbər verir ki, 10 ildən çoxdur ki, lotereya satışı ilə məşğul olan 56 yaşlı Zahid Qafarovun satdığı biletlərdən dəfələrlə böyük uduşlar qazanılıb. Həmin mükafatla ev sahibi olan da var, avtomobil alan da. 

Zahid bəy qaliblərin sevincində satdığı biletlərin payı olduğu üçün sevindiyini deyir:

“Şadam ki, satdığım lotereyalardan kimsə xeyir görür, ehtiyacını qarşılayır. Məsələn, birinin evi yox idi, getdi özünə ev aldı. Başqa birinin maşını yox idi, getdi həm özünə, həm də atasına maşın aldı. Lotereya bəxt işidir”.

Uzun illər lotereya bileti satan Mahir Əhmədovun balaca köşkündən isə neçə-neçə 50.000, 25.000, 10.000 manatlıq böyük uduşlar qazanılıb. İşinə həvəslə yanaşan Mahir bəyin qalib alıcıları arasında sevinclərini paylaşanlar kimi gizlədənlər də az olmayıb. O, neçə illik satış təcrübəsində qəribə sevinc nümunələri ilə rastlaşıb:

"Məsələn, qalib olanda sevincdən ürəyi gedənlər olub. İçəri salmışıq, güclə ayıltmışıq. 1 000 manat belə udulsa, udandan sonra maraq artır. Bütün kənd yığışır buraya”.

25 ilə yaxın lotereya satışı ilə məşğul olan Əjdər bəyin də çox sayda şanslı alıcıları var. O bildirir ki, əksər alıcıların özünəməxsus bilet seçimi olur. Bəli, lotereya şans oyunudur. Bəzən sadəcə bir bilet kifayətdir ki, həyatınız dəyişsin. Həmin uğurlu biletin qarşınıza çıxması üçün “Azərlotereya” ilə şansınızı gözlətməyin.

Daha ətraflı videoda:

 

23 noyabr

11:22 - "Putin vacib güzəşt edib": Sülh yaxınlaşırmı? - "The Washington Post"

18 noyabr

16:49 - Özəlləşdirilməsi təklif olunan dövlət müəssisələri açıqlandı16:46 - Paşinyan yeni Konstitusiya layihəsini paylaşdı

01 noyabr

18:31 - Veysəloğlu Şirkətlər Qrupunun tərəfdaşlığı ilə ADA Məktəbində növbəti xeyriyyə məqsədli "Məhsul bayramı" keçirilib - FOTOLAR18:28 - Azərbaycanla sərhəddə raketlər yerləşdirildi18:26 - İran Zəngəzur dəhlizi ilə bağlı iki tələb irəli sürdü18:24 - Rusiya Türk Dövlətləri Təşkilatına qoşulmağı məqsədəuyğun sayır

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR